Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “İdrak” Liseyində güllələnən müəllim işdən çıxdı
  • 1-ci sinifə elektron qəbul bu tarixdə başlayır
  • Rusiya uyğunlaşır, Azərbaycan inkişaf edir: regionda IT balansı dəyişir…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Həyət evində yaşayanların nəzərinə! – 1000 manatadək cərimə…

Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...

Cəmiyyət Ariz Əhədov28.04.2026 - 09:42
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Həyət evlərinin qarşısındakı boş sahələri şəxsi mülkiyyəti hesab edən sakinlər gözlənilməz cərimələrlə üzləşə bilərlər. Qapı ağzında gül əkmək və ya avtomobil saxlamaq üçün xüsusi yer ayırmaq hər zaman qanuni hesab olunmur.

Yeniera.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bu məsələnin birbaşa mülkiyyət hüququ ilə bağlı olduğunu bildirib.

“Buraya mülkiyyət, digər əşya hüquqları, istifadə və icarə münasibətləri daxildir. Söhbət daşınmaz əmlakdan konkret olaraq ev və ona aid torpaq sahəsindən gedir. Əgər bu, həyət evidirsə, həmin vətəndaşın Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışında göstərilir ki, hansı sahə ona məxsusdur. Bundan əlavə sahə onun mülkiyyətində deyil. Bu halda, evin qarşısında yerləşən ərazi həmin şəxsin şəxsi mülkiyyəti hesab olunmur. Belə ərazilər ya dövlətin, ya da bələdiyyənin balansında olur. Vətəndaş həmin sahədən istifadə etmək istəyirsə, məsələn, avtomobil saxlamaq üçün, bu zaman müvafiq qurumla icarə müqaviləsi bağlamalıdır. Əslində bu, bütün sivil ölkələrdə tətbiq olunan normal praktikadır. Çünki sənə məxsus olmayan torpaq sahəsindən ödənişsiz və icazəsiz istifadə etmək hüquqi baxımdan düzgün deyil. Bu, ictimai ərazi sayılır. Azərbaycan qanunvericiliyinə görə də prinsip eynidir. Sadəcə praktikada bəzən belə hallara göz yumulur və insanlar “öz evimin qabağıdır” arqumenti ilə həmin ərazidən istifadə edirlər. Halbuki hüquqi baxımdan belə bir əsas yoxdur”.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən özbaşına istifadə (yəni sənədsiz zəbt və ya icazəsiz istifadə) inzibati məsuliyyət yaradır. Fiziki şəxslər üçün cərimə adətən 300 manatdan 600 manatadək, vəzifəli şəxslər üçün 600 manatdan 1 000 manatadək, hüquqi şəxslər üçün isə daha yüksək məbləğlərdə tətbiq olunur. Bundan əlavə, qanunsuz istifadə olunan sahənin boşaldılması da tələb oluna bilər.

Yəni, vətəndaşlar bilməlidir ki, evlərinin qarşısındakı torpaq sahəsi onların çıxarışında (kupçasında) qeyd olunmayıbsa, orada hər hansı dəyişiklik etmək və ya ərazini hasarlamaq qanunsuzdur və ciddi pullu cəriməyə səbəb ola bilər.

Bənzər Xəbərlər

28.04.2026 - 11:38Ariz Əhədov

Zelenski Ermənistana səfər edə bilər

28.04.2026 - 11:25Ariz Əhədov

Azərbaycan millisi dünya reytinqində birinci oldu

28.04.2026 - 11:12Ariz Əhədov

Qazinin öldüyü hadisə ilə bağlı - Yeni detallar

28.04.2026 - 10:12Ariz Əhədov

Dövlət məktəblərində DƏYİŞİKLİK - TƏSDİQLƏNDİ

28.04.2026 - 09:30Ariz Əhədov

Leyla və Arzu Əliyevalar Xan məscidində - Fotolar - Yenilənib

28.04.2026 - 09:13Ariz Əhədov

Güclü yağış yağacaq - Bu tarixlərdə

28.04.2026 - 09:00Ariz Əhədov

Vaqif Axundova ağır itki

28.04.2026 - 00:00Ariz Əhədov

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

27.04.2026 - 23:15Ariz Əhədov

Ali Məhkəmədən "sələmçilərə" XƏBƏRDARLIQ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 243

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 032

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 938

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 149
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.