Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyində yeni təyinat olub.
Yeniera.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə agentliyin sədri Vüqar Behbudov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Nicat Qocayev Sosial Xidmətlər Agentliyinin İxtisaslaşdırılmış sosial xidmətlər üzrə Mərkəzi Filialının müdir müavini təyin olunub.
Qeyd edək ki, o, 1996-cı ildə anadan olub. Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, ölkəşünaslıq ixtisası üzrə magistratura təhsili alıb.
Əvvəllər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsində dövlət vergi müfəttişi vəzifəsində çalışıb.
N.Qocayev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibidir.


