Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Netanyahudan “erməni soyqırımı” ilə bağlı açıqlama
  • Sirxan Məmmədov infarkt keçirdi – FOTO
  • Pensiya və müavinətlərlə bağlı mühüm xəbər
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Qazla bağlı yeni qərar QƏBUL OLUNDU: NƏLƏR DƏYİŞƏCƏK?

Qazla bağlı yeni qərar QƏBUL OLUNDU: NƏLƏR DƏYİŞƏCƏK?

Gündəm Ariz Əhədov07.05.2026 - 10:12
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların istismar sənədlərinə dair tələblər müəyyənləşib.

Yeniera.az xəbər verir ki, Ajans.az-ın əldə etdiyi məlumata görə, qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların çatdırılma dəstlərinə Azərbaycan dilində qurğunun quraşdırılması, texniki xidməti, təmiri və istismarı üzrə təlimat sənədləri daxil edilməlidir.

İstismar sənədləri kağız daşıyıcılarda olmalıdır. Kağız daşıyıcılara elektron daşıyıcılarda istismar sənədləri dəsti əlavə oluna bilər.

Qurğu və avadanlıqların quraşdırılması, texniki xidməti və təmiri üzrə təlimatlarda aşağıdakı məlumatlar olmalıdır:

qurğu və avadanlığın ümumi təsviri və onun işləmə qaydası;

qurğunun nominal istilik gücü və (və ya) nominal istilik performansı;

istifadə olunan qazların növləri və nominal təzyiqləri;

qurğunun bir qaz növündən digərinə keçirilməsi qaydası;

yanma prosesinin və yanma məhsullarının kənarlaşdırılmasının təmin edilməsi, habelə təhlükəli yanmamış qazların yığılmasının istisna edilməsinə şərait yaradılması üçün qurğunun quraşdırıldığı məkanın havalandırılmasına dair tələblər;

istismar zamanı qurğunun düzgün quraşdırma və sazlanmasının, bəyan edilmiş texniki xüsusiyyətlərinin və təhlükəsizliyinin təmin edilməsi üçün bloklu qaz odluqlarına və bu odluqların nəzərdə tutulduğu qurğuya dair tələblər, ehtiyac olduğu halda isə istehsalçı tərəfindən tövsiyə olunan kombinasiyaların siyahısı;

isidici funksiyalı qurğu üçün suyun kimyəvi tərkibinə dair tələblər (suyun istilikdaşıyıcı olduğu halda);

avtomatlaşdırma sistemləri elektrik enerjisi ilə işləyən qurğu üçün elektrik şəbəkəsinin nominal gərginliyi;

istismar zamanı qurğu və avadanlıqlara göstərilməli olan texniki xidmətin növləri və dövriliyi;

qurğu və avadanlığın xarakterik nasazlıqları və onların aradan qaldırılması üsulları;

tüstü bacasına qoşulmayan və yanma məhsullarının kənarlaşdırılması üçün sorulma qurğusu ilə təmin olunmayan isidici və suqızdırıcı qurğunun quraşdırılmasına icazə verilən otaqda hava mübadiləsinə dair tələblər;

istehsalçının adı, ünvanı və əlaqə məlumatları;

qurğu və avadanlığın istehsal tarixi (ay, il) və (və ya) istehsal tarixinin qeyd edildiyi yer və istehsal ilinin necə müəyyən edilməsi haqqında məlumat.

Qurğu və avadanlıqların istismar təlimatında onun bütün istismar müddəti ərzində təhlükəsiz istismarı üçün zəruri olan bütün məlumatlar əks etdirilməli və istifadəçiyə həmin qurğu və avadanlıqların istifadə məhdudiyyətlərinə dair məlumat verilməlidir.

İstismar təlimatında qurğu və avadanlıqların təhlükəsiz şəkildə utilizasiyası üçün tövsiyələr olmalıdır.

Qurğuların quraşdırılması üçün nəzərdə tutulmuş armaturlar və avadanlıqlar qurğuların quraşdırılması, texniki xidməti və təmiri üzrə təlimatlarla eyni dəstdə olmalıdır.

Bənzər Xəbərlər

28.06.2026 - 00:37Ariz Əhədov

Netanyahudan "erməni soyqırımı" ilə bağlı açıqlama

28.06.2026 - 00:35Ariz Əhədov

Sirxan Məmmədov infarkt keçirdi - FOTO

28.06.2026 - 00:33Ariz Əhədov

Pensiya və müavinətlərlə bağlı mühüm xəbər

27.06.2026 - 20:13Ariz Əhədov

Bu şəxlsər üçün kritik 48 saat - Ölümcül ola bilər

27.06.2026 - 20:11Ariz Əhədov

Rekord istilər, dolu və sel təhlükəsi... – Yayın havası ilə bağlı KRİTİK PROQNOZ

27.06.2026 - 20:09Ariz Əhədov

Müdafiə Nazirliyi məlumat yaydı

27.06.2026 - 20:04Ariz Əhədov

Bu yay hər şeyi dəyişəcək: şanslı olacaq 4 BÜRC

27.06.2026 - 20:00Ariz Əhədov

Bu mənzilləri alanlara XƏBƏRDARLIQ - Qanunsuzdur

27.06.2026 - 19:35Ariz Əhədov

İsa Həbibbəyli vəzifədən gedir? - İDDİALARA CAVAB

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 792

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 208

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 355

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 066
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.