Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Nar” WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi – Fotolar
  • Mayis Musayev işdən çıxdı
  • 7 azərbaycanlı gəncin öldüyü qəzanın – Anbaan görüntüləri
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»“Nar” WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi – Fotolar

“Nar” WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar

Cəmiyyət Ariz Əhədov14.05.2026 - 15:18
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Sərfəli mobil operator “Nar” “İmkanlar hər kəs üçün” layihəsi çərçivəsində həyata keçirilən inklüziv təcrübə proqramını başa vuran iştirakçılar üçün sertifikat təqdimetmə mərasimi təşkil edib. Proqramda iştirak edən 25 təcrübəçiyə sertifikatlar təqdim olunub.

Sertifikatları “Nar”ın baş icraçı direktoru Özgür Genc, İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari və BMT-nin Məskunlaşma Proqramının Təbliğat və Layihələr üzrə nümayəndəsi Məleykə Tağızadə təqdim ediblər.

Sertifikatları təqdim edən Özgür Genc inklüzivliyin cəmiyyət və iş mühiti üçün əhəmiyyətindən danışaraq bildirib ki, “Fərqli bacarıqlara və həyat təcrübələrinə malik insanların peşəkar inkişafına dəstək olmaq bizim üçün böyük önəm daşıyır. İnanırıq ki, inklüziv iş mühiti həm insanlar, həm də şirkətlər üçün daha güclü və dayanıqlı gələcəyin formalaşmasına töhfə verir”.

Qeyd edək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən proqram iştirakçıların real iş mühitinə inteqrasiyasını dəstəkləməklə onların peşəkar və praktiki bacarıqlarının inkişafına töhfə verib. Layihə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində həyata keçirilir.

“Nar” sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqinə xüsusi önəm verir və bu istiqamətdə həyata keçirdiyi təşəbbüslərlə cəmiyyətdə bərabər imkanların genişlənməsinə dəstək göstərməyə davam edir.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Bənzər Xəbərlər

14.05.2026 - 15:10Ariz Əhədov

Mayis Musayev işdən çıxdı

14.05.2026 - 14:40Ariz Əhədov

Bakının mərkəzində AĞIR QƏZA- YARALILAR VAR

14.05.2026 - 14:05Ariz Əhədov

Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var 

14.05.2026 - 13:23Ariz Əhədov

Yusif Həsənbəy vəfat etdi - FOTO

14.05.2026 - 12:56Ariz Əhədov

Sabah əsl yay havası olacaq - PROQNOZ

14.05.2026 - 12:42Ariz Əhədov

Azərbaycanda bu aktyorlara 25 min manatadək pul veriləcək - SİYAHI

14.05.2026 - 12:30Ariz Əhədov

Bakıda nazirlər səviyyəsində görüş keçiriləcək

14.05.2026 - 12:18Ariz Əhədov

“Referans” klinikasının direktoru arvadını niyə güllələyib?

14.05.2026 - 12:03Ariz Əhədov

Pensiyalar ÖDƏNİLDİ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 452

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 158

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 989

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 209
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.