Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu şəxslər də 1 il hərbi xidmət keçəcək
  • Bu şəxslər avtobus və metroya PULSUZ MİNƏCƏK – RƏSMİ
  • Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Hər ay 1000 manatadək mükafat alacaqlar

Hər ay 1000 manatadək mükafat alacaqlar

Cəmiyyət Ariz Əhədov15.05.2026 - 10:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

2024-cü ildən etibarən həyata keçirilən və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına xidmət edən “Alimlərin maddi mükafatlandırılması layihəsi” 2026-cı ildə də davam etdirilir.

Yeniera.az xəbər verir ki, cari ildə layihə üzrə qiymətləndirmə mexanizmi elmmetriya sahəsində ixtisaslaşmış beynəlxalq şirkət olan “Clarivate”in mütəxəssisləri və Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlıq çərçivəsində təkmilləşdirilib.

Yenilənmiş qaydalar Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tərəfindən təsdiq olunub.

Təkmilləşdirilmiş mexanizmə əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələrdə çalışan 500-dək tədqiqatçının hər ay 1000 manatadək məbləğdə mükafatlandırılması nəzərdə tutulur.

Yeni qaydalara əsasən, mükafatlandırılacaq tədqiqatçıların sayı artırılıb, eləcə də qiymətləndirmə meyarları genişləndirilib. Belə ki, “Web of Science Core Collection” bazasında indekslənən Q1 və Q2 kateqoriyalı jurnallarla yanaşı, Q3 və Q4 kateqoriyalı jurnallarda dərc olunan elmi işlər də qiymətləndirməyə daxil edilib.

Bundan əlavə, tədqiqat nəticələrinin real sektora transferinin təşviqi məqsədilə ilk dəfə olaraq patent və faydalı modellər hesablama mexanizminə bonus bal kimi əlavə olunub.

Müqayisə üçün qeyd edək ki, layihənin ilk ilində 150-dək, 2025-ci ildə isə 300-dək alim bu imkandan yararlanıb.

Təkmilləşdirilmiş qaydaların tətbiqinə 2026-cı ilin may ayından başlanılacaq. Layihənin əsas məqsədi elmi fəaliyyətin nəticəyönümlülüyünü artırmaq, tədqiqatçıların beynəlxalq elmi bazalarda fəallığını təşviq etmək və elmi nəticələrin praktik tətbiqinə dəstək verməkdir.

Bənzər Xəbərlər

15.05.2026 - 14:16Ariz Əhədov

Bu şəxslər də 1 il hərbi xidmət keçəcək

15.05.2026 - 14:03Ariz Əhədov

Bu şəxslər avtobus və metroya PULSUZ MİNƏCƏK - RƏSMİ 

15.05.2026 - 13:50Ariz Əhədov

Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?

15.05.2026 - 13:37Ariz Əhədov

Xaçmazda baş həkimin evi yandı

15.05.2026 - 13:23Ariz Əhədov

Nazirlik məlumat yaydı- PENSİYALAR ARTIB

15.05.2026 - 13:10Ariz Əhədov

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

15.05.2026 - 12:53Ariz Əhədov

13 ildir bloklanmış bitkoin hesabını süni intellektlə açdı

15.05.2026 - 12:41Ariz Əhədov

Dünya şöhrətli reper Kanye Uest Avropa turuna İstanbuldan başlayır - FOTO

15.05.2026 - 11:56Ariz Əhədov

İtkin şəhidimizlə vida mərasimi keçirildi - Fotolar

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 463

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 161

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 989

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 211
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.