“Qarabağ” klubunda ayrılıq yaşanıb.
Yeniera.az xəbər verir ki, Toral Bayramov karyerasını Türkiyənin “Bursaspor” klubunda davam etdirəcək.
Ağdam təmsilçisi T.Bayramovun transferi ilə bağlı “Bursaspor” klubunun təklifini müsbət cavablandırıb.
Klublar arasında aparılan danışıqların uğurla yekunlaşması və futbolçunun legioner karyerasını davam etdirmək istəyinə hörmətlə yanaşılması nəticəsində tərəflər arasında razılıq əldə olunub.
Qeyd edək ki, 2020-ci ildən “Qarabağ”da çıxış edən Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub. O, 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb. Bayramov millidə keçirdiyi 40 oyunda 5 qola imza atıb.

