İranda İsrail kəşfiyyatı “Mossad” üçün casusluqda ittiham olunan Qulamrza Hani Şəkərab asılaraq edam edilib.
Yeniera.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Norveçdə fəaliyyət göstərən İran İnsan Haqları (IHRNGO) qeyri-hökumət təşkilatının məlumatına görə, 34 yaşlı keçmiş MMA çempionu, hakim Qulamrza Hani Şekarab hələ 24 sentyabr 2022-ci ildə həbs edilib. İstintaq zamanı o, İsrail ilə əməkdaşlıqda günahkar bilinib.
Bildirilir ki, 2026-cı ildə İranda casusluq ittihamı ilə azı 10 nəfər edam edilib. Onlardan 8 nəfəri İsrail və ABŞ-nin xeyirinə məlumat toplamaqda günahkar bilinib. Daha 2 İraq vətəndaşı ərəb ölkələrindən biri üçün işlədiyinə görə ali cəzaya məhkum edilib.

