Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • DİQQƏT: Bu şəxslərə ömürlük pensiya təyin edilə bilər
  • Yeni direktor bu başçının qardaşıdır
  • Bu deputatların mandatı ləğv edilə bilər
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Ramilə Quliyeva həbs edildi – 14 il əvvəlki dəhşətli qətl

Ramilə Quliyeva həbs edildi - 14 il əvvəlki dəhşətli qətl

Hadisə Ariz Əhədov26.05.2026 - 18:33
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

14 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Yeniera.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və DİN birgə məlumat yayıb.

Bildirilib ki, 21.12.2012-ci il tarixdə Göyçay şəhəri, A.Faruq küçəsində yerləşən fərdi yaşayış evində kişi cinsli meyitin aşkar edilməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş əməliyyat məlumatları əsasında Baş Prokurorluğun İstintaq idarəsində araşdırma aparılıb.

Araşdırmalarla evdə meyiti aşkar olunan 1932-ci il təvəllüdlü Rza Ağayevin qəsdən öldürülməsi müəyyən edildiyindən fakt üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

İstintaq zamanı prokurorluq və polis əməkdaşları tərəfindən birgə həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri, o cümlədən meyitin ekshumasiyası, istintaq eksperimenti, ekspertiza rəyləri və toplanmış digər sübutlarla Ramilə Quliyevanın 20.12.2012-ci il tarixdə Rza Ağayevin pul vəsaitini ələ keçirmək məqsədilə onun yaşadığı evə gəlməsi, taxta parçası ilə baş nahiyəsinə və bədəninin müxtəlif hissələrinə qəsdən zərbələr vurmaqla sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin dəlillər əsasında Ramilə Quliyeva 26.05.2026-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bununla yanaşı, ötən illərdən bağlı qalmış ağır və xüsusilə ağır cinayətlərin, o cümlədən naməlum şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin açılması, təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən kompleks istintaq və əməliyyat-axtarış tədbirləri ardıcıl şəkildə davam etdirilir.

Bənzər Xəbərlər

26.05.2026 - 19:40Ariz Əhədov

DİQQƏT: Bu şəxslərə ömürlük pensiya təyin edilə bilər

26.05.2026 - 19:15Ariz Əhədov

Yeni direktor bu başçının qardaşıdır

26.05.2026 - 18:45Ariz Əhədov

Bu deputatların mandatı ləğv edilə bilər

26.05.2026 - 18:00Ariz Əhədov

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA

26.05.2026 - 17:05Ariz Əhədov

Azərbaycanda ən yaşlı seçicilər onlardır - 106 və 136 yaşları var

26.05.2026 - 16:53Ariz Əhədov

İranda MMA çempionu edam edildi - Foto

26.05.2026 - 16:43Ariz Əhədov

Uşaqpulu yoxsa sosial yardımlar - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar

26.05.2026 - 16:40Ariz Əhədov

“Neftçi”də 3 AYRILIQ

26.05.2026 - 16:21Ariz Əhədov

Saakaşvilinin yeni imici maraqla qarşılandı - Foto

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 600

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 229

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 025

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 245
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.