Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Hacan Hacısoy vəfat etdi – FOTO
  • AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik KİMDİR? – ŞOK DETALLAR
  • Avqustda neçə gün iş olmayacaq?
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»VİDEO XƏBƏRLƏR»Şəhid anasından öldürülən gəlini ilə bağlı ŞOK SÖZLƏR – “Namus üstündə…” – VİDEO – FOTO

Şəhid anasından öldürülən gəlini ilə bağlı ŞOK SÖZLƏR - "Namus üstündə..." - VİDEO - FOTO

VİDEO XƏBƏRLƏR Ariz Əhədov07.06.2026 - 21:47
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Mən bu vaxta qədər heç bir yerdə danışmamışam və heç bir müsahibə verməmişəm. Bu məsələyə aydınlıq gətirilməsini istəyirəm, çünki mətbuatda çox danışılır və hərə bir söz deyir”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri 44 günlük Vətən müharibəsi qəhrəmanı, şəhid Səxavət Məmmədovun anası öldürülən gəlini Gülüzar Məmmədova ilə bağlı deyib.

Şəhid anasının sözlərinə görə, iddia olunduğu kimi, ortalıqda hər hansı bir maddiyyat və ya bank kartı məsələsi yoxdur: “Bizim öhdəmizə, payımıza düşən və dövlət tərəfindən bizə verilən nə qədər imtiyaz, eləcə də maddi vəsait var idisə, hamısını notarial qaydada gəlinimizə bağışlamışıq. Çünki onun iki körpə övladı var idi. Mən gəlinimlə eyni evdə yaşayırdım və altı il ərzində onu ovcumun içində bəsləmişəm. Heç kəs deyə bilməz ki, qayınana ilə onun arasında hər hansı bir söz-söhbət olub və ya problem yaşanıb. Bunu onun anası da, atası da, bütün qohum-əqrəbası da yaxşı bilir”

O, bildirib ki, bir ay əvvəl aldığı telefon zəngi ilə gəlininin gizli əlaqələrinin üstü açılıb: “Mənə məlum oldu ki, Gülüzar xanım bir başqası ilə gizli əlaqədədir. Qızın bu vəziyyətdə olduğunu atasından, anasından gizlətmək qeyri-mümkün idi. Onlar da gəldilər; atası gəlməsə də, anası, qardaşı və bacısının yoldaşı gəldi. Anası içəri girən kimi mənə hücum çəkərək, ‘gəzir, hamı gəzir, mənim qızım da gəzir’ dedi. Mən isə onun bu hərəkətlərinə bəraət qazandıracaq tərəf deyiləm, çünki bu, heç bir halda bəraət qazanılası bir məsələ deyil”.

Məsələyə münasibət bildirən ana qarşı tərəfin əvvəlcə hadisənin əsl mahiyyətini gizlətməyə və günahı onun üstünə yıxmağa çalışdığını diqqətə çatdırıb: “Üzünə hər şey deyildi və qızın hansı səbəbdən getdiyi bildirildi. Atası, demək olar ki, hadisənin əsl mahiyyətindən xəbərsiz imiş. Gəlinin anası isə əvvəlcə qızının guya qayınanası ilə yola getmədiyini, evdə maddiyyat üstündə dava düşdüyünü və bu səbəbdən onu götürüb apardığını deməyə çalışırdı. Amma hadisə heç də belə olmamışdı. Hətta buradan çıxanda da dedi ki, ‘əgər saxlamırsınızsa, aparıb atasına deyərəm ki, arvadla söz-söhbəti düşüb, ona görə gətirmişəm’. Mən isə ona etiraz etdim və həqiqət nədirsə, onu deməsini, yalandan danışıb günahı mənim üstümə atmamasını bildirdim”.

Onun sözlərinə görə, həqiqətlər tam açıldıqdan sonra gəlinin valideynləri heç bir söz deyə bilməyiblər: “Qızın atası gəlib hər şey açıqlığa qovuşandan və qızının əslində nə üstündə getdiyini biləndən sonra nə ata, nə də ana bir söz deyə bildi. Yenə də həmin qayda ilə qızlarını götürüb getdilər. Atası məndən yalnız qızın şəxsiyyət vəsiqəsini istədi və mən onun əlindən nə kart, nə də başqa bir şey almadığımı bildirdim. Vəsiqəni verdim, ata da qızını götürüb evdən çıxdı. Bizim evdə heç vaxt maddi narazılığımız, giley-güzarımız olmayıb. Yeganə narazılığımız namus üstündə olub”.

Daha sonra o, qeyd edib ki, baş verən hadisə şəhid övladının uca adına böyük bir ləkədir: “Mənim oğlumun dünyada uca bir adı var idi, indi də var, onun məkanı və məqamı hər zaman ucadadır. Bununla belə, mən heç vaxt istəməzdim ki, nə Gülüzara bir zərər gəlsin – çünki o, mənim balam idi və mən onu altı il ovcumda saxlamışdım – nə də oğlumun adının bu cür hallanmasını istəyirdim. Mən buradan xalqıma müraciət edirəm; bu mesajlara, səslərə, yazılara qulaq asıb birtərəfli yanaşırlar. Mən Gülüzarı öz övladlarımdan artıq istəmişəm, onu qızımdan, oğlundan və o biri gəlinimdən hər zaman üstün tutmuşam. Heç vaxt belə bir badisənin baş verməsini istəməzdim”.

Şəhid anası vurğulayıb ki, törədilən cinayəti qətiyyətlə pisləsə də, gəlinin nalayiq hərəkətləri bütün ailəni sarsıdıb: “Mən buna etirazımı bildirirəm, mən cinayətin tərəfdarı deyiləm. Bunu edən şəxs də dövlətin qanunları qarşısında layiqli cəzasını çəkəcəkdir. Gülüzar onların yox, mənim qızım idi, mənim evimdən getdi. O, mənim övladımın bu evdəki yadigarı idi, lakin onun etdiyi nalayiq hərəkətlər bütün hər şeyi məhv etdi və alt-üst etdi”.

O, əlavə edib ki, əlində gəlininin əxlaqsız yol tutduğunu sübut edən çoxsaylı maddi dəlillər var: “Mənim əlimdə gəlinimin yanlış yolda olduğunu sübut edən çoxsaylı videoçəkilişlər, səs yazıları və şəkillər var. Mən bu iddiaları həmin maddi sübutlara əsaslanaraq deyirəm. Bu məsələ tamamilə namus üstündə baş vermişdir, lakin hadisənin daxili mahiyyətini bilmədən hərə buna bir don geyindirir. İndi mən əlimdə olan materialların öz ismətimə və həyama sığınaraq, ən abırlı və uyğun hissələrindən bir neçəsini xalqımın həqiqəti görməsi üçün bu səhifəyə yönləndirəcəm ki, özünüz hər şeyi görəsiniz”.

Sonda şəhidin xatirəsinə qarşı edilən bu hörmətsizliyi heç bir vicdanlı insanın qəbul edə bilməyəcəyini deyən ana xalqa müraciət edib: “Buradan şəhid ailələrinə, namuslu qadınlarımıza, şəhid analarına müraciət edirəm: hansı biriniz öz gəlininizin şəhidin muzeyinə, onun xatirə otağına yad bir kişini gətirib salmasını qəbul edərsiniz? Mənim səsimi eşidin və mənə cavab verin. Mən kiməsə böhtan atmıram, ləkə yaxmıram. O, mənim evimdə göz bəbəyim kimi qorunan gəlinim, qızım olub, lakin təəssüf ki, bu yola düşüb”.

class=”video-embed”>

Bənzər Xəbərlər

28.07.2026 - 22:00Gülnar Əliyeva

Mərdəkanda dənizdə FACİƏ - Axtarışlara başlanıldı

28.07.2026 - 18:15Gülnar Əliyeva

BDU tələbəsi Nərmin Məmmədzadədən IV Şuşa Qlobal Media Forumundan  müsahibəsi- VİDEO

28.07.2026 - 13:30Gülnar Əliyeva

Meyiti öz həyətində tapıldı - Foto

28.07.2026 - 12:45Gülnar Əliyeva

Dini inancları təhqir edən Üzeyir Abas saxlanıldı

28.07.2026 - 12:16Gülnar Əliyeva

33 yaşlı Orxanın meyiti tapıldı

28.07.2026 - 12:00Gülnar Əliyeva

Şəmsi Səmədzadə ağır qəza keçirdi - FOTO

28.07.2026 - 10:12Gülnar Əliyeva

Moskvaya növbəti dron hücumu - Video

28.07.2026 - 01:42Gülnar Əliyeva

Tiktoker "Çevik" həbs edildi

27.07.2026 - 20:00Gülnar Əliyeva

Ağır qəza:Yaralılar var

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 275

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 564

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 589

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 461
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.