Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Xırdalanda DƏHŞƏT: Yaşayış binaları belə yandırılır – VİDEO
  • Gəncədə taksilər “Bolt”dan narazılıq edir – Sürücülər etiraza başladı – VİDEO – YENİLƏNİB
  • Yüksək vəzifəyə təyin edilən Bahadur Rzayev kimdir – DOSYE
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Goranboyda məmur vətəndaşa qarşı özbaşınalıq edib? – “Dedi ki, get, kimə istəyirsən şikayət et”

Goranboyda məmur vətəndaşa qarşı özbaşınalıq edib? - “Dedi ki, get, kimə istəyirsən şikayət et"

Gündəm Ariz Əhədov11.06.2026 - 18:17
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Goranboy rayon sakini Elsevər Əliyev qarşılaşdığı problemlə əlaqədar rayon Məşğulluq Mərkəzinin əməkdaşı İqbal Teymuroğlundan şikayətçidir.

Yeniera.az xəbər verir ki, bu barədə sakin Medialive.az-a müraciət edib.

O, iddia edib ki, 2019-cu ildən etibarən işsiz kimi qeydiyyata alınıb, lakin bu müddət ərzində işlə təmin olunmayıb. Vətəndaş da yaranmış problemlə əlaqədar Goranboy Rayon Məşğulluq Mərkəzinin mütəxəssisi İqbal Teymuroğlu ilə əlaqə saxlayaraq ona bu məsələdə köməklik göstərilməsini xahiş edib. Lakin sözügedən idarənin əməkdaşı sakinlə kobud davranıb və “get kimə istəyirsən şikayət et” deyib.

Goranboy sakini əlavə edib ki, o, məhz həmin mərkəzdə məsələnin hansı mərhələdə olduğunu öyrənmək üçün “142” Çağrı Mərkəzinə zəng edib, ancaq bu zaman idarədə ona qarşı “çıx çöldə danış, burada danışma” tipli qeyri-etik ifadə işlədilib.

Şikayətçi vurğulayıb ki, o, dəfələrlə İqbal Teymuroğlu ilə bağlı Dövlət Məşğulluq Agentliyinə, Hesablama Palatasına, Auditorlar Palatasına müraciət etsə də, sözügedən məsələ öz həllini tapmayıb.

Narazı sakin iddia edir ki, İqbal Teymuroğlu indiyədək onun bütün şikayətlərini ört-basdır edib.

Haqqında iddialar yayılan İqbal Teymuroğlunun fotosunu da təqdim edirik:

E.Əliyev yuxarıda qeyd olunan halların araşdırılmasını, Goranboy rayonu Məşğulluq Mərkəzinin əməkdaşı İqbal Teymuroğlu barəsində müvafiq yoxlama aparılmasını və müraciətinə qanunvericiliyə uyğun şəkildə baxılmasını xahiş edib.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bənzər Xəbərlər

11.06.2026 - 18:32Ariz Əhədov

Yüksək vəzifəyə təyin edilən Bahadur Rzayev kimdir - DOSYE

11.06.2026 - 18:29Ariz Əhədov

Baş nazir TƏCİLİ iclas keçirdi - Tapşırıqlar verildi

11.06.2026 - 18:28Ariz Əhədov

Anar Bayramova müavin təyin edildi - FOTO

11.06.2026 - 15:47Ariz Əhədov

Köhnə binalarda yenilik olacaq — RƏSMİ

11.06.2026 - 15:44Ariz Əhədov

Pensiya və sosial müvinətlərlə bağlı şad xəbər - Bu tarixdə

11.06.2026 - 14:19Ariz Əhədov

5 gün yağış yağacaq - XƏBƏRDARLIQ

11.06.2026 - 14:11Ariz Əhədov

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA

11.06.2026 - 12:20Ariz Əhədov

Bir ay əvvəl işdən çıxarılmışdı - Yeni vəzifəyə təyin olundu

11.06.2026 - 11:08Ariz Əhədov

İki zolaqlı yola yeni nişan qoyuldu — Butulka effekti yarandı - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 740

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 334

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 055

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 288
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.