Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Rusiya Kiyevi vurdu, tarixi kafedral alovlara qərq oldu – Ölənlər var – Fotolar
  • Sabah 32 dərəcə isti olacaq
  • Bu şəxslər iki ildən bir məcburi TƏLİM KEÇƏCƏKLƏR
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Paytaxtın 6 rayonunda yollar təmir olunacaq – Siyahı

Paytaxtın 6 rayonunda yollar təmir olunacaq - Siyahı

Cəmiyyət Ariz Əhədov15.06.2026 - 11:55
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə start verilir.

Yeniera.az xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə paytaxtın inzibati rayonları üzrə təmirə ehtiyacı olan küçə və prospektlərdə kompleks təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur. İlkin mərhələdə Nərimanov, Yasamal, Səbail, Nəsimi, Xətai və Nizami rayonlarında yerləşən bir sıra küçə və prospektlərdə təmir işlərinə başlanılması planlaşdırılır.

Təmir işlərinin aparılacağı küçə və prospektlər aşağıdakılardır:

Xətai rayonu:

– Qədir Məmmədov küçəsi;

– Abdulla Rəhimov küçəsi;

– Kamandar Rəhimov küçəsi;

– Sergey Senyuşkin küçəsi;

– Rövşən Əliyev küçəsi.

Nizami rayonu:

– Qara Qarayev prospektində yan yol;

– Cəmşid Naxçıvanski küçəsi (8-ci kilometr bazarının sağ və sol tərəfi);

– Əliağa Kürçaylı küçəsi;

– 4-cü Köndələn küçəsi.

Səbail rayonu:

– “Gülüstan” sarayına gedən yol;

– Şeyx Şamil küçəsi;

– Bünyad Sərdarov küçəsi;

– Əlibəyov qardaşları küçəsi.

Nəsimi rayonu:

– Abbasqulu ağa Bakıxanov küçəsi (Rəşid Behbudov küçəsindən Ceyhun Hacıbəyli küçəsinədək);

– Səməd Vurğun küçəsi (Füzuli küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinədək);

– Füzuli küçəsi (Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək);

– Asif Məhərrəmov küçəsi.

Nərimanov rayonu:

– Ceyhun Hacıbəyli küçəsi (Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək);

– Baksol yolu (Ziya Bünyadov prospektindən Azadlıq prospektinədək).

Yasamal rayonu:

– Hüseyn Cavid prospekti (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək);

– Hüseyn Cavid prospekti (Landau küçəsindən Ə.Haqverdiyev küçəsinədək);

– Ayna Sultanova küçəsi;

– Şeyx Məhəmməd Xiyabani küçəsi;

– Xarici Dairəvi yolun Şamaxı istiqamətində yan yolu.

Qeyd edək ki, təmir işlərinə yaxın müddətdə başlanılması planlaşdırılır. Məqsəd paytaxt yollarının vəziyyətinin yaxşılaşdırılması, nəqliyyatın hərəkət rahatlığının artırılması və yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsidir.

Bənzər Xəbərlər

15.06.2026 - 12:55Ariz Əhədov

Rusiya Kiyevi vurdu, tarixi kafedral alovlara qərq oldu - Ölənlər var - Fotolar

15.06.2026 - 12:42Ariz Əhədov

Sabah 32 dərəcə isti olacaq

15.06.2026 - 12:25Ariz Əhədov

Bu şəxslər iki ildən bir məcburi TƏLİM KEÇƏCƏKLƏR

15.06.2026 - 11:30Ariz Əhədov

Bir ölkəni ayağa qaldıran toy: 1000 illik ənənəni POZDULAR

15.06.2026 - 10:12Ariz Əhədov

Sabah oyuna çıxacaqlar - ABŞ-yə gələ bilmirlər

15.06.2026 - 09:50Ariz Əhədov

Flora Kərimovanın vəziyyəti - Açıqlandı

15.06.2026 - 09:13Ariz Əhədov

Xəzər sahilində daha bir xoşagəlməz görüntü – VİDEO

15.06.2026 - 09:00Ariz Əhədov

Dəhşətli helikopter qəzası: məşhur müğənni öldü – FOTO

14.06.2026 - 23:18Ariz Əhədov

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 760

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 345

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:155. 186

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 059
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.