Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Rusiya Kiyevi vurdu, tarixi kafedral alovlara qərq oldu – Ölənlər var – Fotolar
  • Sabah 32 dərəcə isti olacaq
  • Bu şəxslər iki ildən bir məcburi TƏLİM KEÇƏCƏKLƏR
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Bu şəxslər iki ildən bir məcburi TƏLİM KEÇƏCƏKLƏR

Bu şəxslər iki ildən bir məcburi TƏLİM KEÇƏCƏKLƏR

Cəmiyyət Ariz Əhədov15.06.2026 - 12:25
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Xüsusi icra məmurları və onların köməkçiləri hər iki ildən bir icbari qaydada təlimlərə cəlb ediləcəklər.

Ajans.az-ın məlumatına görə, təlimlərin əsas məqsədi onların fəaliyyətinin səmərəliliyinin artırılması, nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi, həmçinin peşəkar vərdişlərinin inkişaf etdirilməsidir.

Qaydalara görə, ixtisasartırma təlimləri icra icraatının aparılması xüsusiyyətləri, xüsusi icra məmurlarının fəaliyyətində tətbiq olunan qanunvericilik, məhkəmə qərarlarının icrası zamanı yaranan praktiki problemlər və onların həlli yolları kimi mövzuları əhatə edəcək. Təlim ehtiyacları fəaliyyətə nəzarətin nəticələri və Xüsusi İcra Məmurları Palatasının təklifləri əsasında müəyyən ediləcək.

Peşə hazırlığının artırılması üzrə təlimlər isə etik davranış qaydaları, idarəetmə bacarıqları, kargüzarlıq və arxiv işi, rəqəmsal bacarıqlar, elektron sistemlərdən istifadə, mühasibatlıq və ofis idarəçiliyi kimi istiqamətləri əhatə edəcək. Bununla yanaşı, fəaliyyətin xüsusiyyətlərinə uyğun digər praktiki sahələr üzrə də tədris proqramları təşkil oluna biləcək.

Təlimlərin illik planı Ədliyyə Akademiyası tərəfindən hazırlanacaq, Xüsusi İcra Məmurları Palatası ilə razılaşdırılacaq və Akademiyanın Elmi Şurası tərəfindən qəbul ediləcək. Təlim proqramlarının məzmunu və müddəti də Akademiya tərəfindən müəyyən olunacaq. İştirakçılar təlimin vaxtı və yeri barədə ən azı 10 gün əvvəl məlumatlandırılacaqlar.

Qərara əsasən, təlimlər ödənişli əsaslarla keçiriləcək və iştirakçılar yekunda qiymətləndirmədən keçəcəklər. Yalnız tədris proqramı üzrə nəzərdə tutulan dərslərin azı 80 faizində iştirak edən şəxslər yekun qiymətləndirməyə buraxılacaqlar. Qiymətləndirməni uğurla başa vuranlara isə beş iş günü ərzində müvafiq şəhadətnamə təqdim olunacaq.

Yeni qaydalarda təlimlərdə iştirakdan əsassız şəkildə yayınan xüsusi icra məmurlarına münasibətdə məsuliyyət tədbirləri də nəzərdə tutulub. Belə ki, üzrsüz səbəbdən təlimdə iştirak etməmək və ya iştirakdan yayınmaq intizam pozuntusu hesab ediləcək və həmin şəxslərin intizam məsuliyyətinə cəlb olunmasına əsas verəcək. Nazirlik hesab edir ki, yeni mexanizm xüsusi icra institutunun fəaliyyətinin peşəkar əsaslarla inkişafına və məhkəmə qərarlarının icrasının daha səmərəli təşkilinə töhfə verəcək.

Bənzər Xəbərlər

15.06.2026 - 12:55Ariz Əhədov

Rusiya Kiyevi vurdu, tarixi kafedral alovlara qərq oldu - Ölənlər var - Fotolar

15.06.2026 - 12:42Ariz Əhədov

Sabah 32 dərəcə isti olacaq

15.06.2026 - 11:55Ariz Əhədov

Paytaxtın 6 rayonunda yollar təmir olunacaq - Siyahı

15.06.2026 - 11:30Ariz Əhədov

Bir ölkəni ayağa qaldıran toy: 1000 illik ənənəni POZDULAR

15.06.2026 - 10:12Ariz Əhədov

Sabah oyuna çıxacaqlar - ABŞ-yə gələ bilmirlər

15.06.2026 - 09:50Ariz Əhədov

Flora Kərimovanın vəziyyəti - Açıqlandı

15.06.2026 - 09:13Ariz Əhədov

Xəzər sahilində daha bir xoşagəlməz görüntü – VİDEO

15.06.2026 - 09:00Ariz Əhədov

Dəhşətli helikopter qəzası: məşhur müğənni öldü – FOTO

14.06.2026 - 23:18Ariz Əhədov

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 760

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 345

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:155. 188

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 059
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.