Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Rusiya Kiyevi vurdu, tarixi kafedral alovlara qərq oldu – Ölənlər var – Fotolar
  • Sabah 32 dərəcə isti olacaq
  • Bu şəxslər iki ildən bir məcburi TƏLİM KEÇƏCƏKLƏR
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Rusiya Kiyevi vurdu, tarixi kafedral alovlara qərq oldu – Ölənlər var – Fotolar

Rusiya Kiyevi vurdu, tarixi kafedral alovlara qərq oldu - Ölənlər var - Fotolar

Dünya Ariz Əhədov15.06.2026 - 12:55
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Rusiya ordusunun Ukraynanın bir neçə böyük şəhərinə raket zərbələri endirməsi nəticəsində azı 9 nəfər həlak olub.

Yeniera.az AFP-yə istinadən xəbər verir ki, hücumlar zamanı Kiyevdə yerləşən və UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Kiyev-Peçersk Lavra kompleksində yanğın qeydə alınıb, Üspen (Uspenski) kafedralının damı alovlanıb.

Ukraynanın daxili işlər naziri İqor Klimenkonun məlumatına görə, Xarkov şəhərinə endirilən zərbələrdən sonra aparılan xilasetmə əməliyyatları zamanı 5 xilasedici həyatını itirib, azı 5 nəfər isə yaralanıb.

Paytaxt Kiyevdə də hücumlar nəticəsində daha 4 nəfərin öldüyü bildirilib. Şəhərdə hava hücumundan müdafiə sistemləri işə düşüb, sakinlər sığınacaqlara üz tutublar.

Hadisə şahidlərinin sözlərinə görə, kafedral ətrafına çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğın həm binanın daxilindən, həm də xüsusi platformalar vasitəsilə söndürülməyə çalışılıb. Katedralın damının bir hissəsinin dağıldığı və alovların binanı bürüdüyü qeyd olunur.

Əlavə edilib ki, Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələr nəticəsində Moskvanın cənubunda 3 nəfərin öldüyü bildirilir.

Qeyd edək ki, Kiyev-Peçersk Lavra monastırı son illərdə Ukrayna ilə Rusiya arasında dini və siyasi mübahisələrin mərkəzində olub. Ukrayna Pravoslav Kilsəsi 2022-ci ildə rəsmi olaraq Rus Pravoslav Kilsəsindən ayrıldığını elan etmiş, daha sonra Kiyev Moskva ilə əlaqəli dini qurumların fəaliyyətinə məhdudiyyətlər tətbiq etmişdi.

Bənzər Xəbərlər

15.06.2026 - 12:42Ariz Əhədov

Sabah 32 dərəcə isti olacaq

15.06.2026 - 12:25Ariz Əhədov

Bu şəxslər iki ildən bir məcburi TƏLİM KEÇƏCƏKLƏR

15.06.2026 - 11:55Ariz Əhədov

Paytaxtın 6 rayonunda yollar təmir olunacaq - Siyahı

15.06.2026 - 11:30Ariz Əhədov

Bir ölkəni ayağa qaldıran toy: 1000 illik ənənəni POZDULAR

15.06.2026 - 10:12Ariz Əhədov

Sabah oyuna çıxacaqlar - ABŞ-yə gələ bilmirlər

15.06.2026 - 09:50Ariz Əhədov

Flora Kərimovanın vəziyyəti - Açıqlandı

15.06.2026 - 09:31Ariz Əhədov

“İranla saziş imzalandı, hamını təbrik edirəm!”

15.06.2026 - 09:00Ariz Əhədov

Dəhşətli helikopter qəzası: məşhur müğənni öldü – FOTO

14.06.2026 - 23:18Ariz Əhədov

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 760

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 345

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:155. 188

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 059
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.