Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ
  • Böyük müharibə başlayacaq: İsrail təcili HƏRƏKƏTƏ KEÇDİ
  • Azərbaycanlı vəkilin oğlu həbs olundu – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Böyük müharibə başlayacaq: İsrail təcili HƏRƏKƏTƏ KEÇDİ

Böyük müharibə başlayacaq: İsrail təcili HƏRƏKƏTƏ KEÇDİ

Siyasət Ariz Əhədov15.06.2026 - 19:11
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

İsrailin müdafiə naziri İsrail Katzın son açıqlamaları Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirib. Livanda Hizbullaha qarşı əməliyyatların genişlənməsi ehtimalı, İranın regiondakı maraqları və böyük güclərin prosesə münasibəti yeni hərbi qarşıdurma risklərini yenidən gündəmə gətirib.

Bəs mövcud şəraitdə İranın Livandakı hadisələr fonunda İsrailə birbaşa hücum etməsi nə dərəcədə real görünür?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, hazırda İsrailin əsas hədəfi Livanda İranın ən böyük proksi qüvvəsi hesab olunan Hizbullahı zəiflətmək və bölgədə öz maraqlarına uyğun siyasi nizam formalaşdırmaqdır.

Zeynal Əmrəliyev: “Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı olan maddələr götürüldükdən sonra problem qalmır”

Onun sözlərinə görə, İsrail Livanda özünə yaxın hökumətin formalaşmasını istəyir və bu istiqamətdə addımlar atır:
“Bu, regionda gərginliyi artıran əsas amillərdən biridir. Hesab etmirəm ki, İran hazırkı mərhələdə Hizbullahdan imtina etsin. Çünki İran daxilində ən böyük siyasi və hərbi təsir gücünə malik qurumlardan biri SEPAH-dır və Hizbullah Tehran üçün strateji əhəmiyyət daşıyır. Bu səbəbdən SEPAH-ın Hizbullahı dəstəksiz qoyacağı inandırıcı görünmür”.

Politoloq qeyd edib ki, İsrailin Livanda hərbi əməliyyatları genişləndirməsi regionda daha böyük müharibə riskini artırır:
“Əməliyyatlar davam edərsə, bu, genişmiqyaslı qarşıdurmaya səbəb ola bilər. Belə bir ssenaridə İranın reaksiyası da qaçılmaz olacaq. Bununla yanaşı, proseslərin yaratdığı nəticələr İsrail tərəfindən də diqqətlə hesablanmalıdır”.

Z. Əmrəliyev ABŞ-nin mövqeyinə də toxunaraq bildirib ki, Vaşinqton əvvəlki dövrlərlə müqayisədə proseslərdə daha ehtiyatlı davranır:
“ABŞ-nin və Körfəz ərəb ölkələrinin maraqlarına uyğun müəyyən məqamlar var. Əgər regionda yeni genişmiqyaslı müharibə başlasa, İranın ilk addımlarından biri Hörmüz boğazını bağlamaq olacaq. Bu isə həm ABŞ, həm də ərəb ölkələri üçün ciddi iqtisadi və enerji təhlükəsizliyi problemləri yaradar. Məhz buna görə də düşünürəm ki, Vaşinqton İsraili hücumların miqyasını genişləndirməkdən çəkindirməyə çalışa bilər”.

Politoloqun fikrincə, hazırkı mərhələdə İranın birbaşa hərbi müdaxilə ehtimalı tam istisna olunmasa da, tərəflər arasında genişmiqyaslı müharibənin qarşısını almaq üçün diplomatik və siyasi manevrlər davam edəcək. Buna baxmayaraq, Livan istiqamətində vəziyyətin gərginləşməsi regionda yeni təhlükəsizlik riskləri yaratmaqda davam edir.

Bənzər Xəbərlər

15.06.2026 - 20:58Ariz Əhədov

Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ

15.06.2026 - 19:02Ariz Əhədov

Azərbaycanlı vəkilin oğlu həbs olundu - FOTO

15.06.2026 - 17:24Ariz Əhədov

Ağdamda DƏHŞƏT! Rövşən Şirinov GÜLLƏLƏNDİ

15.06.2026 - 17:00Ariz Əhədov

35 yaşlı məşhur aktrisa doğum günündə vəfat etdi - FOTO

15.06.2026 - 12:55Ariz Əhədov

Rusiya Kiyevi vurdu, tarixi kafedral alovlara qərq oldu - Ölənlər var - Fotolar

15.06.2026 - 12:42Ariz Əhədov

Sabah 32 dərəcə isti olacaq

15.06.2026 - 12:25Ariz Əhədov

Bu şəxslər iki ildən bir məcburi TƏLİM KEÇƏCƏKLƏR

15.06.2026 - 11:55Ariz Əhədov

Paytaxtın 6 rayonunda yollar təmir olunacaq - Siyahı

15.06.2026 - 11:30Ariz Əhədov

Bir ölkəni ayağa qaldıran toy: 1000 illik ənənəni POZDULAR

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 761

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 345

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:155. 263

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 059
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.