Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Prezidentdən daha bir SƏRƏNCAM
  • Prezident SƏRƏNCAM İMZALADI
  • “İdrak” liseyində müəllimi güllələyən yeniyetmə ilə bağlı QƏRAR
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Əhalinin NƏZƏRİNƏ: Bu ailələrə pensiyaya çıxarkən güzəşt edilə bilər

Əhalinin NƏZƏRİNƏ: Bu ailələrə pensiyaya çıxarkən güzəşt edilə bilər

Cəmiyyət Ariz Əhədov17.06.2026 - 12:38
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanda pensiya təyin edilərkən və ya onun məbləği hesablanarkən vətəndaşların himayəsində olan uşaqların sayının nəzərə alınıb-alınmaması tez-tez müzakirə olunan məsələlərdən biridir. Xüsusilə çoxuşaqlı ailələr üçün əlavə üstünlüklərin olub-olmaması maraq doğurur.

Bəs mövcud qanunvericilik bu barədə nə deyir?

Medialive.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, Azərbaycanda yaşa görə əmək pensiyasının təyin olunması və məbləğinin hesablanması əsasən vətəndaşın əmək stajı, fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı və digər sosial sığorta göstəricilərinə əsaslanır.

“Hazırkı qanunvericiliyə əsasən, vətəndaşın himayəsində olan uşaqların sayı pensiyanın hesablanmasında əsas meyar hesab edilmir. Pensiya sistemi daha çox şəxsin əmək fəaliyyəti dövründə ödədiyi sosial sığorta haqları və topladığı pensiya kapitalı üzərində qurulub.

Uşaqların sayı pensiya məbləğinin hesablanmasına birbaşa təsir göstərməsə də, bəzi hallarda çoxuşaqlı ailələrə dövlət tərəfindən sosial təminat və müxtəlif güzəştlər tətbiq edilir. Xüsusilə beş və daha çox uşaq dünyaya gətirib tərbiyə etmiş analar üçün müxtəlif dövrlərdə xüsusi sosial təminat mexanizmləri nəzərdə tutulub. Bu yanaşma pensiya sistemindən daha çox sosial müdafiə siyasətinin bir hissəsi kimi qiymətləndirilir”.

Asif İbrahimov beynəlxalq təcrübəyə də diqqət çəkərək bildirib ki, bir sıra Avropa ölkələrində demoqrafik siyasətin təşviqi məqsədilə uşaqlı ailələrə pensiya sistemində əlavə üstünlüklər verilir:

“Bu ölkələrdə valideynlik fəaliyyəti gələcək nəsillərin formalaşdırılması baxımından sosial töhfə kimi dəyərləndirilir. Məntiq ondan ibarətdir ki, bugünkü uşaqlar gələcəkdə əmək bazarının iştirakçıları və sosial sığorta sisteminin maliyyə bazasını formalaşdıran şəxslər olacaqlar”.

Mütəxəssis vurğulayıb ki, Azərbaycanda hazırda tətbiq olunan model sığorta prinsipi əsasında fəaliyyət göstərir və pensiyanın məbləği əsasən vətəndaşın ödədiyi sosial sığorta haqlarından asılıdır:

“Bu model sosial ədalət və maliyyə dayanıqlılığı baxımından özünü doğruldur. Lakin əhalinin yaşlanması, doğum səviyyəsinin azalması kimi qlobal tendensiyalar fonunda gələcəkdə pensiya siyasəti ilə demoqrafik siyasət arasında əlaqələrin gücləndirilməsi məsələsi daha geniş müzakirə oluna bilər”.

Ekspertin fikrincə, pensiya sisteminin davamlılığı təkcə yığılan vəsaitlərdən deyil, həm də gələcəkdə işləyərək sosial sığorta ödəyəcək əhalinin sayından asılı olduğuna görə, ailə institutunun və çoxuşaqlı ailələrin dəstəklənməsi gələcək sosial siyasətin mühüm istiqamətlərindən birinə çevriləcək.

Bənzər Xəbərlər

17.06.2026 - 13:25Ariz Əhədov

65 yaşı tamam olan şəxslərə ŞAD XƏBƏR 

17.06.2026 - 13:06Ariz Əhədov

Maaş kartını rəisə vermədi, işdən çıxarıldı

17.06.2026 - 13:02Ariz Əhədov

Azərbaycanda baytarlıq preparatları ƏDV-dən azad edildi 

17.06.2026 - 12:34Ariz Əhədov

Sentyabrın 1-dən yeni qaydalar - Bu qədər ödəniş etməlisiniz

17.06.2026 - 12:27Ariz Əhədov

Yüksək vəzifəyə təyin olunan Aynur Mirzəyeva kimdir? - DOSYE

17.06.2026 - 12:16Ariz Əhədov

Mikayıl Cabbarov sabiq müşavirinə yenidən vəzifə verdi

17.06.2026 - 12:15Ariz Əhədov

Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda - Fotolar

17.06.2026 - 12:13Ariz Əhədov

Xəzər dənizində zəlzələ oldu

16.06.2026 - 19:00Ariz Əhədov

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 763

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 075

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 348

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 060
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.