Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Prezidentdən daha bir SƏRƏNCAM
  • Prezident SƏRƏNCAM İMZALADI
  • “İdrak” liseyində müəllimi güllələyən yeniyetmə ilə bağlı QƏRAR
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Maaş kartını rəisə vermədi, işdən çıxarıldı

Maaş kartını rəisə vermədi, işdən çıxarıldı

Cəmiyyət Ariz Əhədov17.06.2026 - 13:06
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fuad Məmmədovun sədrliyi ilə Şabran sakini Vüsalə Balayevanın apellyasiya şikayətinə baxılacaq.

Yeniera.az xəbər verir ki, Vüsalə Balayeva Şabran Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən qanunsuz işdən çıxarılmasından şikayətçidir.

O, iddiası üzrə Şabran Rayon Məhkəməsinin hakimi Könül Mirzəfərovanın çıxardığı qətnaməni qanunsuz və əsassız hesab etdiyindən apellyasiya qaydasında araşdırılmasını tələb edib. Mübahisənin mərkəzində isə Vüsalə Balayevanın xəstəliyi ilə əlaqədar bülletendə olduğu zaman işdən çıxarılması dayanır.

İddiaçı deyir ki, Şabran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəis əvəzi Asif Nəsibov tərəfindən heç bir xəbərdarlıq edilmədən, intizam tənbehi tətbiq olunmadan birbaşa işdən azad edilib. Hakim Könül Müzəffərova bu sübut ortada ola-ola onun haqqını bərpa etməyib, qanunsuz və əsassız qətnamə çıxarıb.

13 il dezinfeksiya-sanitar xidmətində çalışdığını deyən Vüsalə Balayeva xəstə olduğu dövrdə, rəsmi bülleten əsasında əmək qabiliyyətini müvəqqəti itirdiyi halda işdən çıxarılmasına apellyasiya instansiyasında ədalətli yanaşılacağına ümidli oduğunu gizlətmir:

“Xəstə olduğumu yazdım, bülletenə çıxacağımı bildirdim. Asif müəllim izahatı qəbul etdi. Amma bülletenlə evdə olduğum gün məni işdən çıxarıb. Həkimə də irad bildirib ki, niyə mənə bülleten açıb. Daha sonra rəhbərlik sistemdən bülleten məlumatlarımı silib”.

İddiaçı qeyd edir ki, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilib. Onun fikrincə, bu addım gələcəkdə başqa iş tapmasına mane olmaq məqsədi daşıyır.

Şabran məhkəməsində keçirilən prosesdə diqqət çəkən məqamlardan biri də cavabdeh tərəfin təqdim edə bilmədiyi sənədlərlə bağlı olub. Belə ki, Asif Nəsibov məhkəmədə bildirib ki, Balayevanın məsələsi həmkarların iclasında müzakirə olunub və qərar qəbul edilib. Lakin hakim Könül Mirzəfərova həmin iclasın rəsmi protokolunun təqdim edilməsini tələb etsə də, cavabdeh tərəf belə bir sənəd təqdim edə bilməyib. Bundan başqa, məhkəmə tabel sənədlərindəki imzaların surətlərinin də təqdim olunmasını istəyib.

Vüsalə Balayeva daha bir ciddi iddia da səsləndirib. O bildirib ki, işdən çıxarılmazdan əvvəl rəis əvəzi tərəfindən ondan maaş kartının təqdim edilməsi tələb olunub. Bu tələbi qanunsuz hesab etdiyi üçün imtina etdiyini deyən iddiaçı bundan sonra təzyiqlərlə üzləşdiyini bildirib./musavat/

Bənzər Xəbərlər

17.06.2026 - 13:25Ariz Əhədov

65 yaşı tamam olan şəxslərə ŞAD XƏBƏR 

17.06.2026 - 13:02Ariz Əhədov

Azərbaycanda baytarlıq preparatları ƏDV-dən azad edildi 

17.06.2026 - 12:38Ariz Əhədov

Əhalinin NƏZƏRİNƏ: Bu ailələrə pensiyaya çıxarkən güzəşt edilə bilər

17.06.2026 - 12:34Ariz Əhədov

Sentyabrın 1-dən yeni qaydalar - Bu qədər ödəniş etməlisiniz

17.06.2026 - 12:27Ariz Əhədov

Yüksək vəzifəyə təyin olunan Aynur Mirzəyeva kimdir? - DOSYE

17.06.2026 - 12:16Ariz Əhədov

Mikayıl Cabbarov sabiq müşavirinə yenidən vəzifə verdi

17.06.2026 - 12:15Ariz Əhədov

Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda - Fotolar

17.06.2026 - 12:13Ariz Əhədov

Xəzər dənizində zəlzələ oldu

16.06.2026 - 19:00Ariz Əhədov

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 763

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 075

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 348

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 060
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.