Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Mirzə Bayrampura vəzifə verildi
  • Pul və sevgi qapıları bu iki bürc üçün açıldı
  • Əmir Əliyev vəzifəsindən AZAD EDİLDİ – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Neftçalada KÜTLƏVİ ixtisarlar başladı – ŞOK DETALLAR

Neftçalada KÜTLƏVİ ixtisarlar başladı - ŞOK DETALLAR

Gündəm Ariz Əhədov17.06.2026 - 21:11
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Neftçala rayonunun səhiyyə sistemində baş verən kütləvi ixtisarlar yerli əhali və tibb işçiləri arasında ciddi narazılıqla qarşılanıb. Rayonun Xolqaraqaşlı Kənd Sahə Xəstəxanasında aparılan “islahatlar” nəticəsində onlarla əməkdaşın işdən azad edilməsi həm tibbi xidmətin keyfiyyətini təhlükə altına qoyur, həm də yüzlərlə ailəni gəlir mənbəyindən məhrum edir.

NOCOMMENT.az-a daxil olan şikayətdə qeyd edilir ki, xəstəxananın 54 əməkdaşından 34-nün qəfil qərarla işdən çıxarılması kollektiv üçün tamamilə gözlənilməz olub. İxtisara düşənlərin 20-si kiçik tibb işçisi, 21 tibb bacısından isə 13-ü olmaqla ümumilikdə 13 nəfər tibb bacısı ixtisar olunub. İşçilərə qərarın səbəbləri ilə bağlı heç bir aydın izahat verilmədiyi, yalnız yeni iş tapmaları üçün iki aylıq möhlət tanındığı bildirilir. Narazı əməkdaşlar ixtisar prosesinin şəffaf aparılmadığını, bəzi şəxslərin isə şəxsi əlaqələr hesabına işdə saxlanıldığını iddia edirlər. Rəsmi qurumlar ixtisarları hər 600-800 nəfərə bir tibb bacısı normativi ilə əsaslandırsa da, xəstəxananın xidmət göstərdiyi iki kənddə ümumilikdə 4800 nəfərin yaşadığını nəzərə alanda bu rəqəmlər əhali üçün ciddi problem yaradır. İşçilərə kompensasiya və ya işsizlik ödənişləri barədə hələ də heç bir məlumat verilməyib.

İxtisarların yaratdığı digər ciddi problem isə tibbi xidmətin əlçatanlığının məhdudlaşdırılmasıdır. Sakinlər bildirirlər ki, kadr çatışmazlığı ucbatından xəstəxanada artıq gecə növbəsi fəaliyyət göstərmir. Rayon mərkəzindən 55 kilometr uzaqda yerləşən kənd sakinləri üçün bu, həm təcili yardımın gecikməsi, həm də digər ilkin tibbi xidmətlərdən kənar qalmaq deməkdir.

Şikayətçilər hesab edir ki, aparılan “islahatlar” kadrların ixtisarına deyil, ərazidəki real tibbi ehtiyacların ödənilməsinə, o cümlədən təcili yardım xidmətinin təkmilləşdirilməsinə yönəlməli idi. Mütəxəssislər isə bu addımların sadəcə büdcə qənaəti məqsədi daşıdığını və vətəndaşların təməl tibbi xidmət hüququna zərbə vurduğunu vurğulayırlar.

Məsələ ilə bağlı TƏBİB-in mövqeyini öyrənmək cəhdlərimiz isə nəticəsiz qalıb; qurumun mətbuat xidməti sorğularımızı cavabsız buraxıb.

Qeyd edək ki, bu, regionlarda səhiyyə işçilərinin ixtisarı ilə bağlı ilk narazılıq deyil və oxşar hallar ölkənin digər rayonlarında da müşahidə olunmaqdadır.

Bənzər Xəbərlər

17.06.2026 - 22:50Ariz Əhədov

Mirzə Bayrampura vəzifə verildi

17.06.2026 - 22:43Ariz Əhədov

Pul və sevgi qapıları bu iki bürc üçün açıldı

17.06.2026 - 22:35Ariz Əhədov

Əmir Əliyev vəzifəsindən AZAD EDİLDİ - FOTO

17.06.2026 - 22:32Ariz Əhədov

Əliş Səfərov sükan arxasında VƏFAT ETDİ

17.06.2026 - 21:24Ariz Əhədov

BDU-nun müəlliminin evindən 1.6 milyon manat oğurlanıb – Bacısı oğlanları həbs olundu

17.06.2026 - 13:28Ariz Əhədov

"İdrak" liseyində müəllimi güllələyən yeniyetmə ilə bağlı QƏRAR

17.06.2026 - 13:15Ariz Əhədov

Qəzada qızını itirən tanınmış vəkildən ürəkdağlayan SÖZLƏR - FOTO

17.06.2026 - 12:21Ariz Əhədov

Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi - Fotolar

17.06.2026 - 10:42Ariz Əhədov

Tanınmış xanəndə vəfat etdi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 763

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 127

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 348

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 060
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.