Türkiyə millisinin baş məşqçisi Vinçentso Montellanın komandadakı gələcəyinə yaxın günlərdə aydınlıq gələcək.
Yeniera.az xəbər verir ki, italiyalı mütəxəssisin millidəki fəaliyyətini davam etdirməyəcəyi gözlənilir. İddialara görə, Montella ya öz istəyi ilə postunu tərk edəcək, ya da rəhbərlik tərəfindən onun müqaviləsinə xitam veriləcək.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Yaxın saatlarda təcrübəli baş məşqçinin taleyi ilə bağlı rəsmi qərarın açıqlanacağı gözlənilir.

