Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İcra başçıları ilə bağlı – VACİB QƏRAR
  • Türkiyə – Paraqvay oyunu yenidən keçiriləcək? – FIFA-dan cavab gəldi
  • Tbilisiyə getmək istəyənlərə şad xəbər – 3 ay sonrayadək…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz…

Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…

İqtisadiyyat Ariz Əhədov24.06.2026 - 10:38
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanda orta aylıq əməkhaqqının 1150 manatı keçməsi geniş müzakirə olunur. Rəsmi statistikaya görə, ölkədə əməkhaqqı göstəricilərində artım qeydə alınıb. Bununla belə, cəmiyyətdə bu rəqəmin real gəlirləri nə dərəcədə əks etdirdiyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Orta aylıq əməkhaqqının artmasına hansı amillər təsir edib? Yaxın dövrdə əməkhaqqı və sosial ödənişlərlə bağlı yeni artımların baş verməsi gözlənilirmi?

Yeniera.az xəbər verir ki, globalinfo.az-a danışan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva ölkədə orta aylıq nominal əməkhaqqı 2026-cı ilin yanvar-aprel aylarında 1172,1 manat təşkil etdiyini bildirib.

“Bu göstərici 2025-ci ilin yanvar-noyabr ayına olan göstəricisi ilə müqayisədə təxminən 8 faiz artım deməkdir. Təbii ki, ilin sonunadək bu göstəricidə dəyişiklik ola bilər. Orta aylıq əməkhaqqının artımı əsasən yüksək maaşlı sahələr hesabına formalaşıb. Xüsusilə neft-qaz sənayesi, maliyyə və sığorta sektoru, informasiya texnologiyaları və dövlət sektorunda müşahidə olunan maaş artımları buna təsir edib”.

Ekspert qeyd edib ki, Bakı ilə regionlar, eləcə də dövlət və özəl sektor arasında əməkhaqqı fərqləri qalmaqdadır:

“Kənd təsərrüfatı, təhsil, səhiyyə və sosial xidmət sahələrində əməkhaqları orta göstəricidən aşağıdır. Minimum əməkhaqqının artırılmasına ehtiyac var. Buna ildə azı bir dəfə yenidən baxılması orta aylıq əməkhaqqına nisbətin yüksəlməsinə xidmət edə bilər. Azərbaycanın da ratifikasiya etdiyi Avropa Sosial Xartiyasının tələblərinə əsasən, bu nisbət 60 faizdən aşağı olmamalıdır. İnkişaf etmiş ölkələrdə isə həmin göstərici adətən 60 faizdən yüksəkdir. Hazırda Azərbaycanda bu nisbət təxminən 34 faiz təşkil edir”.

Ekspert vurğulayıb ki, minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqin böyük olması gəlir bərabərsizliyini daha da dərinləşdirə bilər:

“Çünki orta maaşın artımı əsasən yüksək gəlirli sahələr hesabına baş verdikdə, aşağı gəlirli sosial qruplar bunu real rifah artımı kimi hiss etmirlər. Ölkədə minimum əməkhaqqından aşağı maaş alan şəxslər də var və yaşayış xərclərinin artması onların sosial vəziyyətinə ciddi mənfi təsir göstərir”.

Professor əlavə edib ki, problemin həlli yalnız minimum əməkhaqqının inzibati qaydada artırılması ilə mümkün deyil:

“Fərqin azaldılması üçün əmək bazarı siyasəti, vergi mexanizmləri və iqtisadi inkişaf strategiyası arasında kompleks və uzlaşdırılmış yanaşma tələb olunur”.

Bənzər Xəbərlər

24.06.2026 - 12:38Ariz Əhədov

İcra başçıları ilə bağlı - VACİB QƏRAR

24.06.2026 - 12:28Ariz Əhədov

Türkiyə - Paraqvay oyunu yenidən keçiriləcək? - FIFA-dan cavab gəldi

24.06.2026 - 12:03Ariz Əhədov

Tbilisiyə getmək istəyənlərə şad xəbər - 3 ay sonrayadək...

24.06.2026 - 11:42Ariz Əhədov

PFL klublara 3 milyona yaxın ödəniş etdi

24.06.2026 - 11:30Ariz Əhədov

Azərbaycanda xaricdə iş və təhsil sahəsində yeni standartlar: First Academy-nin inkişaf modeli diqqət çəkir

24.06.2026 - 11:28Ariz Əhədov

“Jurnalist-bloqer” həbs edildi - 10-dan çox şikayətçi var

24.06.2026 - 11:15Ariz Əhədov

Nazirlikdən hava ilə bağlı əhaliyə - Müraciət

24.06.2026 - 11:03Ariz Əhədov

Bir ayın əsgəri səhlənkarlıqdan ölüb?

24.06.2026 - 10:50Ariz Əhədov

Paytaxtda AĞIR QƏZA: ÖLƏN VAR

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 781

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 197

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 353

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 062
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.