Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “İran danışıqlarda böyük güzəştlərə gedir”
  • Sabah bu ərazilərdə işıq olmayacaq
  • Vətən müharibəsi qazisi bıçaqlandı – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Dolğu etdirən qadınlarda çürümə amputasiya həddinə çata bilər – XƏBƏRDARLIQ

Dolğu etdirən qadınlarda çürümə amputasiya həddinə çata bilər - XƏBƏRDARLIQ

Cəmiyyət Ariz Əhədov24.06.2026 - 22:56
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Son illərdə estetik məqsədlərlə bədənə müxtəlif dolğu maddələrinin – gel inyeksiyalarının tətbiqi geniş yayılıb. Lakin bu prosedurların təhlükəsizliyi ilə bağlı suallar qalmaqdadır. Pasiyentlərin şikayətləri və mütəxəssislərin açıqlamaları göstərir ki, gel inyeksiyaları bəzi hallarda ağır fəsadlara – toxuma zədələnməsi, iltihab və deformasiyalara səbəb olur. Bu isə sözügedən müdaxilələrin qeyri-peşəkar və riskli şəkildə tətbiq edilməsi məsələsini gündəmə gətirir.

Sosial şəbəkələrdə də mənfi nəticələrlə üzləşmiş şəxslərin paylaşımlarına rast gəlinir. Qeyd olunur ki, bəzi pasiyentlərdə vəziyyət amputasiya riskinə qədər gedib çıxır.

Maraqlıdır, bu prosedurlardan sonra ən çox rast gəlinən fəsadlar hansılardır? Dolğu vurulan nahiyələrdə sonradan deformasiya və ya iltihab yaranmasının əsas səbəbi nədir?

Mövzu ilə bağlı Bakupost.az-a danışan plastik cərrah Rəşad Babayev bildirib ki, bədənin müxtəlif bölgələrini böyütmək məqsədilə vurulan xüsusi kimyəvi preparatların bəziləri təbii, bəziləri isə qeyri-təbii olur:

“Orqanizmdə həll ola bilməyən və bir sıra narahatlıqlar yarada bilən bu qeyri-təbii gellər əsasən çox az miqdarda dərinin altına vurula bilir. Bu halda orqanizm onu yad cism kimi qəbul etmir və bu zaman hər hansı narahatlıq törətmir. Amma bir çox pasiyentlər var ki, kosmetoloqlara müraciət edirlər və ölçülərin daha çox böyüməsini istəyirlər. Həmin kosmetoloqların istifadə etdikləri gellər normadan artıq vurulduqda isə bu maddələr təkcə dərinin altında deyil, həm də əzələdə, fassiyada və sümükətrafı toxumalarda toplanır. Bu zaman həmin yad cismin ətrafında leykositlər toplanır və irinləmə prosesi başlayır. Bu baxımdan pasiyentlərə hər zaman tövsiyə edirik ki, süni gellərdən uzaq dursunlar. Çünki onlar dodaq nahiyəsində də bir müddət sonra kapsullaşaraq narahatlıqlar yaradır”.

R.Babayevin sözlərinə görə, sağrı nahiyəsinə vurulan gellər bəzən budun iç səthində, bəzən isə dizdən aşağı – baldır nahiyəsində aşkarlanır:

“Bununla bağlı sonrakı dövrlərdə fistulalar əmələ gəlir. Bu isə o deməkdir ki, gel bədəndən xaric olmaq istəyir, dəriyə yaxınlaşır və dərialtı toxuma ilə bir kanal yaradaraq davamlı irinləmə ilə müşayiət olunan problemlər törədir.

Sözsüz ki, həmin gellər daha çox damar və sinir dəstələrini sıxdıqda, orada iltihab yarandıqda aşağı ətrafların da amputasiya riski ilə qarşılaşa bilirik. Bu maddələrin 100 faiz təmizlənməsi də həkimlər üçün olduqca çətindir. Ona görə də süni gellərdən uzaq durmaq lazımdır ki, pasiyentlər belə problemlərlə üzləşməsinlər”.

Bənzər Xəbərlər

25.06.2026 - 00:36Ariz Əhədov

“İran danışıqlarda böyük güzəştlərə gedir”

25.06.2026 - 00:33Ariz Əhədov

Sabah bu ərazilərdə işıq olmayacaq

25.06.2026 - 00:31Ariz Əhədov

Vətən müharibəsi qazisi bıçaqlandı - FOTO

24.06.2026 - 23:55Ariz Əhədov

Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı

24.06.2026 - 23:42Ariz Əhədov

Hava dəyişir: 5 gün yağış yağacaq - Bu tarixlərdə 

24.06.2026 - 22:45Ariz Əhədov

SENSASİYA! COVİD-lə bağlı SİRR açıldı - İlk dəfə!

24.06.2026 - 21:40Ariz Əhədov

Bu şəxslərin imtahan nəticələri ləğv edildi

24.06.2026 - 21:39Ariz Əhədov

TƏBİB rəhbəri daha 3 xəstəxananın direktorunu işdən çıxardı

24.06.2026 - 21:00Ariz Əhədov

Mərkəzi Bank açıqladı - Kartlardan pul silinməsi...

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 782

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 197

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 355

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 063
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.