Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Sabah yağış yağacaq, dolu düşəcək
  • Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR – 10 günədək həbs…
  • Azərbaycanda bu məşhur bazar sökülür – RƏSMİ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Kəmaləddin Heydərov FHN işçiləri ilə bağlı YENİ QƏRAR İMZALADI- Korrupsiya halları…

Kəmaləddin Heydərov FHN işçiləri ilə bağlı YENİ QƏRAR İMZALADI- Korrupsiya halları...

Gündəm Ariz Əhədov25.06.2026 - 13:36
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Respublikasının fövqəladə hallar orqanları işçilərinin etik davranış qaydalarına dəyişiklik edilib.

Yeniera.az xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq qərar imzalayıb.

Mövcud qanunvericiliyə görə, işçiyə qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda işçi onlardan imtina etməlidir.

Dəyişikliyə əsasən, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər işçiyə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə deyil, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq səlahiyyətli struktur bölməyə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun işlədiyi fövqəladə hallar orqanına akt üzrə təhvil verilməlidir.

Həmçinin, hazırda qüvvədə olan qərara görə, işçi xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.

Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

Dəyişikliyə əsasən, işçi hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinə yox, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq səlahiyyətli struktur bölmənin rəyini öyrənməlidir.

Bənzər Xəbərlər

26.06.2026 - 11:45Ariz Əhədov

Bu ölkədə ağır təyyarə qəzası: HAMI ÖLDÜ

26.06.2026 - 11:30Ariz Əhədov

5 polkovnik bir gündə general oldu – Onların DOSYESİ

26.06.2026 - 11:15Ariz Əhədov

Ermənistana 8 vaqon yanacaq göndərildi

26.06.2026 - 10:43Ariz Əhədov

Onları yeni iş, maddi uğur gözləyir - QOROSKOP

26.06.2026 - 10:30Ariz Əhədov

Zakir Həsənov onları təbrik etdi

26.06.2026 - 10:15Ariz Əhədov

"iPhone 18 Pro" gözləniləndən daha ucuz olacaq - Yeni qiymət açıqlandı

26.06.2026 - 10:12Ariz Əhədov

Yaponiyada yenidən güclü zəlzələ oldu

26.06.2026 - 09:51Ariz Əhədov

"Özsüt"ün filialını işlədən "Legion Hospitality" MMC-nin külli miqdarda borcu üzə çıxdı 

26.06.2026 - 09:44Ariz Əhədov

Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 788

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 203

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 355

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 064
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.