Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bakıda 15 yaşlı qız itkin düşüb
  • DTX-nin saxladığı “Çevik” həbs olundu
  • Hikmət Hacıyev Türkiyə heyəti ilə görüşüb – FOTOLAR
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Pensiya və müavinətlərlə bağlı mühüm xəbər

Pensiya və müavinətlərlə bağlı mühüm xəbər

Cəmiyyət Ariz Əhədov28.06.2026 - 00:33
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Pensiya və müavinətlərlə bağlı mühüm xəbər

Azərbaycanda pensiya və sosial müavinətlərin əsasən ayın ortası və sonuna təsadüf etməsi uzun illərdir vətəndaşların narazılığına səbəb olan məsələlərdən biridir. Halbuki kommunal xidmət haqları, kredit ödənişləri, kirayə, dərman və digər zəruri xərclərin böyük hissəsi ayın ilk günlərində ödənilir.

Bu səbəbdən sosial ödənişlərin tarixinin dəyişdirilməsi mümkündürmü?

Yeniera.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov pensiya və sosial müavinətlərin ödəniş tarixlərinin vətəndaşların real ehtiyaclarına uyğunlaşdırılmalı olduğunu bildirib.

Onun sözlərinə görə, xüsusilə yalnız pensiya və sosial müavinətlə dolanan insanlar ayın əvvəlində yaranan maliyyə öhdəliklərini qarşılamaqda çətinlik çəkirlər.

“Azərbaycanda pensiya və sosial müavinətlərin əsasən ayın ortası və sonuna təsadüf etməsi uzun illərdir müzakirə olunan məsələlərdəndir. Vətəndaşların böyük hissəsi kommunal xidmətlər, kredit ödənişləri, dərman və digər zəruri xərclərlə ayın ilk günlərində qarşılaşır. Lakin sosial ödənişlərin daha gec həyata keçirilməsi xüsusilə yalnız pensiya və müavinətlə yaşayan insanlar üçün əlavə maliyyə çətinliyi yaradır”, – deyə ekspert vurğulayıb.

Asif İbrahimov qeyd edib ki, müasir sosial siyasətin əsas prinsiplərindən biri dövlət ödənişlərinin vətəndaşların gündəlik həyat ritminə uyğun təşkil edilməsidir. Onun fikrincə, bu baxımdan pensiya və sosial müavinətlərin ayın ilk günlərində ödənilməsi məsələsinə yenidən baxılması məqsədəuyğun olardı.

Ekspert hesab edir ki, ödəniş qrafikinin dəyişdirilməsi büdcə planlaması, xəzinə sistemi və texniki proseslərlə əlaqəli olsa da, bu maneələr həllolunmaz deyil:

“Əgər məqsəd vətəndaşın rifahını artırmaqdırsa, sosial ödənişlərin vaxtı da həmin məqsədə xidmət etməlidir.

Aidiyyəti dövlət qurumları pensiya və sosial müavinətlərin ayın əvvəlində ödənilməsi imkanlarını araşdırmalı, vətəndaşların maliyyə yükünü azaltmağa yönəlmiş daha çevik mexanizmlərin tətbiqini nəzərdən keçirməlidir”.

Ekspert sonda vurğulayıb ki, sosial ödənişlər sadəcə rəqəmlərdən ibarət deyil, minlərlə insanın gündəlik həyat təminatını təşkil edir və onların ödənilmə vaxtı da bu reallıq nəzərə alınaraq müəyyənləşdirilməlidir.

Bənzər Xəbərlər

14.09.2026 - 18:22Gülnar Əliyeva

Bakıda 15 yaşlı qız itkin düşüb

14.09.2026 - 17:23Gülnar Əliyeva

Türkiyənin Egey sahilləri avtomobil səyahətləri üçün yeni marşrutlar təqdim edir — FOTOLAR

14.09.2026 - 16:50Gülnar Əliyeva

Mario Çavesə AZAL-da vəzifə verildi

14.09.2026 - 16:38Gülnar Əliyeva

Bu sayda insanın maaşı artdı - Nazirin açıqlaması

14.09.2026 - 16:25Gülnar Əliyeva

Müəllimlər vahid geyim formasına keçirlər - Nazir açıqladı

14.09.2026 - 16:12Gülnar Əliyeva

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

14.09.2026 - 16:11Gülnar Əliyeva

Məktəblərdə dərs saatı ilə bağlı SON DƏQİQƏ açıqlaması - Nazir nöqtə qoydu

14.09.2026 - 16:10Gülnar Əliyeva

Emin Əmrullayev açıqladı: Bu müəllimlərin maaşı artacaq

14.09.2026 - 15:52Gülnar Əliyeva

"Bəy Mamed" yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir" - FOTOLAR

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 027

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 070

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 000

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 802
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.