Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Rusiya qarışdı: Ermənilər iki rus məmuru öldürdü
  • DSX-nin hərbi qulluqçusu çayda boğularaq öldü
  • Fatiməyə iki ay işgəncə verilib – Dəhşətli TƏFƏRRÜAT ortaya çıxdı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Fatiməyə iki ay işgəncə verilib – Dəhşətli TƏFƏRRÜAT ortaya çıxdı

Fatiməyə iki ay işgəncə verilib - Dəhşətli TƏFƏRRÜAT ortaya çıxdı

Hadisə Gülnar Əliyeva01.07.2026 - 23:12
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Gürcüstanda Azərbaycan vətəndaşı olan 21 yaşlı Fatimə Kərimovanın qətli ilə bağlı yeni və dəhşətli təfərrüatlar ortaya çıxıb.

Yeniera.az xəbər verir ki, yayılan məlumata görə, gənc qızı xalası oğlu qətlə yetirib. Bildirilir ki, o, Fatiməni təxminən iki həftə kirayə mənzildə saxlayaraq amansızcasına döyüb, daha sonra isə boğaraq öldürüb.

İddialara əsasən, Fatimə Kərimova sevgilisi ilə birlikdə Tbilisiyə gəlib. Lakin maddi çətinlik yarandıqdan sonra sevgilisi əvvəlcə onun telefonunu lombarda qoyub, daha sonra gənc qızı küçədə tək qoyaraq Azərbaycana qayıdıb.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, çətin vəziyyətdə qalan Fatiməyə əvvəlcə Gürcüstan vətəndaşı olan bir qadın sığınacaq verib. Daha sonra qohumu – xalası oğlu onunla əlaqə saxlayaraq mənzil kirayələyəcəyini bildirib. Ancaq sonradan məlum olub ki, onun məqsədi kömək etmək deyil, cinayət törətmək imiş.

Qətlə yetirilən gəncin yaxınları sosial şəbəkələrdə bildiriblər ki, Fatimə valideynlərini itirmişdi və ailədən yalnız 19 yaşlı bacısı sağ qalıb.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Gürcüstanda məişət zorakılığı qurbanlarına hüquqi yardım göstərən “Sapari” təşkilatının rəhbəri Baia Pataraia yayıb. Onun sözlərinə görə, bir neçə gün əvvəl rusiyalı influenser ondan bu faciəni araşdıraraq ictimaiyyətin diqqətinə çatdırmağı xahiş edib.

Pataraia bildirib ki, Fatimə sevgilisinin “Gürcüstanda birlikdə yaşayacağıq və işləyəcəyik” vədinə inanaraq bu ölkəyə gəlib. Lakin vəd edilən iş olmayıb. Maddi sıxıntı yaranandan sonra sevgilisi onu döyüb, telefonunu lombarda qoyub və küçədə tək buraxaraq Azərbaycana qayıdıb.

Məlumata görə, daha sonra erməni qadın gənc qıza sığınacaq verib və onun qohumları ilə əlaqə saxlamasına kömək edib. Bir müddət sonra qohumlarından biri Gürcüstana gələrək onu kirayə mənzilə yerləşdirib. Bir neçə gün sonra isə Fatimə ilə əlaqə kəsilib.

Azərbaycanda yaşayan bacısı iki gün ərzində onunla əlaqə saxlaya bilmədikdən sonra həmin qadından mənzilə baş çəkməsini xahiş edib. Qapını açan olmayınca polis çağırılıb. Hüquq-mühafizə orqanları qapını sındıraraq mənzilə daxil olub və Fatimə Kərimovanın meyitini aşkar ediblər.

Pataraianın sözlərinə görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisədən sonra Türkiyəyə qaçıb və onun barəsində axtarış elan olunub.

Qeyd edək ki, Gürcüstan hüquq-mühafizə orqanları hadisə ilə bağlı istintaqı davam etdirir. Musavat.com

Bənzər Xəbərlər

01.07.2026 - 23:15Gülnar Əliyeva

Rusiya qarışdı: Ermənilər iki rus məmuru öldürdü

01.07.2026 - 23:13Gülnar Əliyeva

DSX-nin hərbi qulluqçusu çayda boğularaq öldü

01.07.2026 - 23:09Gülnar Əliyeva

Türkiyəyə PUA atıldı - Bu ölkəyə məxsusdur

01.07.2026 - 21:31Gülnar Əliyeva

Bu şirkətdə milyonluq yeyinti - Həbs edilənlər var

01.07.2026 - 21:17Gülnar Əliyeva

53 yaşlı həkim faciəvi şəkildə öldü - FOTO

01.07.2026 - 21:15Gülnar Əliyeva

Azərbaycanda ağır qəza - yük avtomobili çaya aşdı, ölən var

01.07.2026 - 21:13Gülnar Əliyeva

Bu şəxslərə pulsuz MƏNZİL VERİLƏCƏK

01.07.2026 - 21:11Gülnar Əliyeva

Məşhur sənətçi vəfat etdi - FOTO

01.07.2026 - 20:25Gülnar Əliyeva

“Azərbaycan Aİ üçün etibarlı tərəfdaş olduğunu sübut edib”

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 811

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 229

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 360

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 069
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.