Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
  • Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
  • Azərbaycanın axtarışa verdiyi rusiyalı məmur istefa verdi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Türkiyə Antalyadakı bərpa olunan qədim məkanlarla mədəni irsin qorunmasına töhfəsini gücləndirir

Türkiyə Antalyadakı bərpa olunan qədim məkanlarla mədəni irsin qorunmasına töhfəsini gücləndirir

Dünya Gülnar Əliyeva20.07.2026 - 11:55
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Mədəni irs turizminə qlobal maraq artmaqda davam edir. Səyahətçilər getdikcə daha çox tarix, mədəni irs və yerli dəyərlərlə yaxından tanış olmağa imkan verən autentik təcrübələrə üstünlük verirlər. 2025-ci ildə mədəni irs turları bu bazarın 55,6 faizini təşkil edib ki, bu da mənalı və tarixə söykənən səyahətlərə marağın artdığını göstərir. Bu tendensiyanın gələcək illərdə də davam edəcəyi gözlənilir. Belə ki, sektorun həcminin 2026-cı ildəki 647,5 milyard ABŞ dollarından 2033-cü ilədək illik orta hesabla 5,4 faiz artaraq 937 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır.

Mədəni irs turizminə marağın artdığı bir dövrdə Türkiyə bəşəriyyətin ortaq tarixini yaşadan aparıcı istiqamətlərdən biri kimi diqqət çəkir. Burada ziyarətçilər dünyanın məlum olan ən qədim monumental tikili kompleksi Göbeklitəpədən Qərb sivilizasiyasının ən məşhur əfsanələrindən birinə ilham verən əfsanəvi Troya şəhərinədək uzanan zəngin tarixi irslə tanış ola bilirlər. Türkiyə bu mövqeyini mədəni irs nümunələrinin qorunması və bərpasına yönəlmiş layihələrlə daha da möhkəmləndirir. Son təşəbbüslər sırasında Andriake Arxeoloji Ərazisi və Likiya Sivilizasiyaları Muzeyində həyata keçirilən bərpa işləri, eləcə də Syedra Ziyarətçi Mərkəzinin istifadəyə verilməsi yer alır.

Genişmiqyaslı bərpa, yenidənqurma və abadlıq işlərindən sonra Antalyanın Demre rayonunda, Türk Rivierasının mərkəzində yerləşən Andriake Arxeoloji Ərazisi və Likiya Sivilizasiyaları Muzeyi yenidən ziyarətçilərin üzünə açılıb. Eyni zamanda, Antalyanın ən məşhur istirahət məkanlarından olan Alanyada yerləşən qədim Syedra şəhəri də yeni ziyarətçi mərkəzi ilə qonaqları qəbul etməyə başlayıb.

Qədim Likiyanın ən mühüm liman şəhərlərindən biri olan Andriake, Myra şəhərinin limanı kimi fəaliyyət göstərib. Şəhər ellinizm, Roma və Şərqi Roma dövrlərində regionun əsas limanlarından biri olub. Bu gün ziyarətçilər qədim limanın cənub hissəsində yerləşən və böyük ölçüdə qorunub saxlanılan tarixi qalıqları yaxından kəşf edə bilirlər. Burada vaxtilə şəhəri içməli su ilə təmin edən akveduk, monumental Roma fəvvarəsi – nimfeyon, Liman küçəsi, küçə boyunca qismən qorunub saxlanılan gəmi sığınacaqları və Plakoma aqorası əsas görməli məkanlar sırasındadır.

Andriake həmçinin Türkiyənin ilk uzunməsafəli yürüş marşrutu olan Likiya Yolunun üzərində yerləşir. Dünyanın ən gözəl yürüş marşrutlarından biri kimi Time Out nəşri tərəfindən seçilən bu marşrut, qısa müddət əvvəl The Telegraph qəzetinin Avropanın ən yaxşı 15 yürüş marşrutu siyahısına da daxil edilib. Bu məşhur marşrutla səyahət edənlər qədim Likiyanın izlərini kəşf etməklə yanaşı, Andriakedə həyata keçirilən son yenilənmə işləri ilə də tanış ola bilirlər. Layihə çərçivəsində tarixi abidənin orijinal görünüşü qorunmaqla əraziyə taxta traverslər və parçalanmış qranit daşlardan hazırlanmış ekoloji cəhətdən uyğun piyada yolları salınıb. Bu yeniliklər ziyarətçilərə ərazini daha rahat gəzməyə və Likiyanın dənizçilik irsini daha yaxından tanımağa imkan yaradır.

Piyada yolunun sonunda ziyarətçiləri arxeoloji ərazidə yerləşən və bərpa olunmuş qədim taxıl anbarında (Granarium) fəaliyyət göstərən Likiya Sivilizasiyaları Muzeyi qarşılayır. Son yenilənmələrdən sonra muzey qədim Likiya şəhərlərində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş eksponatların nümayiş olunduğu müasir sərgi zalları ilə ziyarətçilərin ixtiyarına verilib. Heykəllər, sarkofaqlar, kitabələr, sikkələr və digər qiymətli tapıntılar müasir ekspozisiya məkanlarında təqdim olunaraq Likiyanın tarixi və mədəniyyəti haqqında geniş təsəvvür yaradır. Muzeyin ən diqqətçəkən yeni eksponatları sırasında 2024-cü ildə Andriakedə aşkar edilmiş, “min çiçək” (millefiori) texnikası ilə bəzədilmiş şüşə panellər və rozetlər xüsusi yer tutur. Bu nadir nümunələr qədim Anadolu şüşə sənətkarlığının yüksək ustalığını nümayiş etdirir.

Türkiyə Antalyadakı bərpa olunan qədim məkanlarla mədəni irsin qorunmasına töhfəsini gücləndirirTürkiyə Antalyadakı bərpa olunan qədim məkanlarla mədəni irsin qorunmasına töhfəsini gücləndirirTürkiyə Antalyadakı bərpa olunan qədim məkanlarla mədəni irsin qorunmasına töhfəsini gücləndirirTürkiyə Antalyadakı bərpa olunan qədim məkanlarla mədəni irsin qorunmasına töhfəsini gücləndirirTürkiyə Antalyadakı bərpa olunan qədim məkanlarla mədəni irsin qorunmasına töhfəsini gücləndirir

Bənzər Xəbərlər

18.08.2026 - 23:45Gülnar Əliyeva

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

18.08.2026 - 23:43Gülnar Əliyeva

Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq

18.08.2026 - 23:42Gülnar Əliyeva

Azərbaycanın axtarışa verdiyi rusiyalı məmur istefa verdi

18.08.2026 - 23:41Gülnar Əliyeva

Dubayda “Bizim Tarla”dan qurd çıxdı – "Azərsun"dan AÇIQLAMA - FOTO

18.08.2026 - 19:13Gülnar Əliyeva

Mədət Quliyevin oğlu vəzifədən azad edildi

18.08.2026 - 18:54Gülnar Əliyeva

Xəzər dənizi sahilində 1500 il əvvələ aid qızıl ayaqqabı tapıldı

18.08.2026 - 18:47Gülnar Əliyeva

AAYDA sədri onu özünə müşavir təyin etdi - Foto

18.08.2026 - 17:50Gülnar Əliyeva

Hörmüzü “ABŞ-nin yeni ərazisi” kimi təqdim etdi - İranın cavabı gecikmədi

18.08.2026 - 17:25Gülnar Əliyeva

Azərbaycanda bəzi təşkilatların hesablarına kiberhücum olub

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 816

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 933

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 890

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 727
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.