Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Sabah bu ərazilərdə işıq olmayacaq
  • Faciəvi şəkildə ölən Səidin nişanı olacaqmış – Fotolar
  • “Qarabağ”da daha bir itki
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Bazarda saxta kərə yağı xaosu: AQTA təhlükəli markaların adlarını kimdən gizlədir?

Bazarda saxta kərə yağı xaosu: AQTA təhlükəli markaların adlarını kimdən gizlədir?

Cəmiyyət Gülnar Əliyeva20.07.2026 - 11:38
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkənin kərə yağı bazarında apardığı plandankənar yoxlamalar zamanı kütləvi qanunsuzluqlar, etiketləmə fırıldaqları və istehlakçıları birbaşa aldadan saxta məlumatlar aşkar etməsi ölkənin qida sektorunda növbəti böyük qalmaqalın əsasını qoyub. Qurumun şöbə müdiri Validə Sadıxovanın 6 aylıq yekun hesabatında bazarda kərə yağı adı altında satılan bəzi məhsullarda ciddi qüsurların olduğunu rəsmən etiraf etməsi ana və uşaq sağlamlığı, eləcə də ümumi əhalinin qidalanma təhlükəsizliyi baxımından ciddi həyəcan siqnalıdır. Lakin rəsmi qurumun bu təhlükəli yağların adlarını, istehsalçı şirkətləri və markaları ictimaiyyətdən gizlətməsi, “qanunvericiliyə uyğun tədbirlər görülür” kimi ümumi cümlələrlə kifayətlənməsi cəmiyyətdə böyük etiraz və şübhə dalğası yaradıb. Bu gizlilik fonunda vətəndaşların hər gün bilmədən həmin zəhərli və saxta yağları süfrələrinə qoymağa davam etməsi istehlakçı hüquqlarının rəsmi səviyyədə pozulması qənaətini gücləndirir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan qida eksperti Şamil Seyidov qeyd edib ki, dövlət yoxlamaları zamanı tapılan qüsurlu qidaların markalarının gizli saxlanılması qanunsuz fəaliyyətlə məşğul olan sahibkarlara dolayı yolla şərait yaratmaq deməkdir: “Əgər rəsmi bir dövlət agentliyi laborator analizlər əsasında hansısa kərə yağının saxta olduğunu, tərkibinə bitki və ya marqarin yağları qatılaraq əhaliyə təmiz heyvani yağ kimi sırındığını aşkar edirsə, həmin markaların adları dərhal qara siyahıya salınaraq xalqa elan olunmalıdır. İctimaiyyətdən bu adların gizlədilməsi ‘sahibkarın hüquqlarını qorumaq’ bəhanəsi ilə əsaslandırıla bilməz, çünki xalqın sağlamlığı hər hansı bir işbazın kommersiya marağından qat-qat üstündür. Bu gizlilik siyasəti istehlakçı hüquqlarını tamamilə heçə saymaqdır. Vətəndaş market rəfinə yaxınlaşanda hansı yağın zəhər, hansının təmiz məhsul olduğunu bilmirsə, deməli, qida zəncirində şəffaflıq tamamilə sıfıra enib və bu durum daxili bazarda saxtakarlığın daha da genişnməsinə rəvac verir”.

Onun sözlərinə görə, AQTA-nın cəza və ifşa mexanizmini tam açıq şəkildə yürütməməsi həm qanunlara olan etimadı sarsıdır, həm də dürüst işləyən yerli istehsalçıları da kölgə altında qoyur: “Kərə yağının etiketində həqiqətin gizlədilməsi sadəcə inzibati xəta deyil, bu, birbaşa olaraq əhalinin genofonduna qarşı yönəlmiş iqtisadi və bioloji cinayətdir.

Mağazalarda ucuz qiymətə təmiz kərə yağı adı ilə satılan transmilli və yerli marqarin qarışıqları insanlarda ürək-damar, xərçəng və qaraciyər xəstəliklərini sürətlə artırır.

Agentlik bu adları gizlətməklə həmin cinayətə bais olan şirkətləri cəmiyyətin qınağından və rəqabət itkisindən qorumuş olur. Əgər məqsəd həqiqətən də istehlakçıların hüquqlarını qorumaq və sahibkarları qanuna tabe etməkdirsə, yoxlamaların nəticəsi şəffaf şəkildə, şirkətlərin adları, partiya nömrələri ilə birgə mətbuata sızdırılmalıdır. Yalnız kütləvi ifşa və ağır cərimələr tətbiq edildiyi təqdirdə qida mafiyası geri çəkiləcək, əks halda rəflərdəki bu ölüm saçan yağ ssenarisi illərlə dəyişmədən davam edəcəkdir”.

Bənzər Xəbərlər

20.08.2026 - 01:24Gülnar Əliyeva

Sabah bu ərazilərdə işıq olmayacaq

20.08.2026 - 01:23Gülnar Əliyeva

Faciəvi şəkildə ölən Səidin nişanı olacaqmış - Fotolar

20.08.2026 - 01:22Gülnar Əliyeva

"Qarabağ"da daha bir itki

20.08.2026 - 01:21Gülnar Əliyeva

Bu ölkədə ikinci dil Azərbaycan dilidir

20.08.2026 - 00:22Gülnar Əliyeva

Avqustun son günləri bu bürclər üçün fərqli olacaq

20.08.2026 - 00:08Gülnar Əliyeva

"By Ella" narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı

19.08.2026 - 23:40Gülnar Əliyeva

Anar Nəcəfli işdən çıxarıldı

19.08.2026 - 17:00Gülnar Əliyeva

Ramiz Rizayevin səhhəti pisləşdi

19.08.2026 - 16:41Gülnar Əliyeva

İki gün güclü külək əsəcək

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 832

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 946

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 905

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 729
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.