Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi
  • Meyiti öz həyətində tapıldı – Foto
  • Yanacaq çatışmazlığına görə fövqəladə vəziyyət elan etdilər
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Sabiq prezident Rusiyada başqa adla yaşayır?

Sabiq prezident Rusiyada başqa adla yaşayır?

Dünya Gülnar Əliyeva28.07.2026 - 12:30
Ukrainian President Viktor Yanukovych addresses the nation on a live TV broadcast in Kiev, Ukraine, early Wednesday, Feb. 19, 2014. In a statement published online early Wednesday, Yanukovych blamed opposition leaders for the violence, saying that they had “crossed a line when they called people to arms.” (AP Photo/Andrei Mosienko, Pool)
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Soçidə başqa ad altında yaşayır.

Yeniera.az xəbər verir ki, bu barədə məlumat “Toronto Televiziyası”nın araşdırmasında yer alıb.

Bildirilib ki, Yanukoviç vətəndaş nikahında olduğu Lyubov Polejay ilə birlikdə Soçidə yerləşən malikanədə məskunlaşıb. Onun Oleq Nikolayeviç Leonov adına sənədlərdən istifadə etdiyi güman edilir. Belə ki, Rusiyanın məlumat bazalarında Leonovun doğum tarixi Yanukoviçin doğum tarixi ilə eynidir, sabiq prezidentin anasının qızlıq soyadı isə məhz Leonova olub. Qeyd olunur ki, Yanukoviç Polejayla Abxaziyaya səfəri zamanı məhz bu ad-soyaddan istifadə edib.

Bundan başqa, sabiq prezidentin oğlu Aleksandrın həyat yoldaşı və iki oğlu ilə birlikdə Sokolov soyadı altında yaşadığı deyilir.

Araşdırma həmçinin Yanukoviçin Rusiyada yaşadığı illər ərzində ailəsinin yüzlərlə hektar torpaq, onlarla daşınmaz əmlak əldə etdiyini, bank hesablarına milyonlarla dollar yerləşdirdiklərini aşkara çıxarıb.

Belə ki, hazırda Sadıkova soyadı ilə yaşayan Lyubov Pojelay Rusiyada yaşadığı müddət ərzində 370 hektardan çox torpaq sahəsi və 2400 kv. m-dən artıq daşınmaz əmlak, o cümlədən beş mənzil, beş ev və dörd digər obyekt əldə edib.

Yanukoviçin gəlini isə 27 min kv. m-dən çox daşınmaz əmlak, o cümlədən Moskva yaxınlığında yerləşən elit “Benilüks” qəsəbəsindəki mülklər əldə edib. 2024-cü ildə onun depozit hesablarında təxminən 3,5 milyon dollar (təxminən 5,95 milyon AZN), oğlu Viktorun hesablarında isə təxminən 5 milyon dollar (təxminən 8,5 milyon AZN) olub.

Araşdırmaya görə, Yanukoviçin və ailəsinin mühafizəsini Ukraynanın Dövlət Mühafizə İdarəsinin keçmiş əməkdaşları təmin edir. Onların ölkəni tərk etdikdən sonra Rusiyanın Federal Mühafizə Xidmətində çalışmağa başladığı və Ukraynada axtarışda olduğu qeyd edilir.

Qeyd edək ki, 76 yaşlı V.Yanukoviç 2010-2014-cü illərdə Ukrayna prezidenti olub.

Bənzər Xəbərlər

28.07.2026 - 13:42Gülnar Əliyeva

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

28.07.2026 - 13:30Gülnar Əliyeva

Meyiti öz həyətində tapıldı - Foto

28.07.2026 - 13:15Gülnar Əliyeva

Yanacaq çatışmazlığına görə fövqəladə vəziyyət elan etdilər

28.07.2026 - 13:00Gülnar Əliyeva

Addai Belçika klubuna keçdi

28.07.2026 - 12:45Gülnar Əliyeva

Bu ölkədə hicab və saqqal qadağan edildi

28.07.2026 - 12:45Gülnar Əliyeva

Dini inancları təhqir edən Üzeyir Abas saxlanıldı

28.07.2026 - 12:16Gülnar Əliyeva

33 yaşlı Orxanın meyiti tapıldı

28.07.2026 - 12:03Gülnar Əliyeva

İki gün su OLMAYACAQ — XƏBƏRDARLIQ

28.07.2026 - 12:00Gülnar Əliyeva

Şəmsi Səmədzadə ağır qəza keçirdi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 236

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 545

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 568

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 445
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.