Qlobal maliyyə bazarlarında texnologiya şirkətlərinin səhmlərində eniş davam edir.
Yeniera.az xəbər verir ki, xüsusilə süni intellekt üçün çiplər istehsal edən iri şirkətlərin səhmləri investorların ehtiyatlı davranışı fonunda dəyər itirib.
Analitiklər hesab edirlər ki, bazarda əvvəlki sürətli yüksəlişdən sonra investorlar mənfəətlərini reallaşdırmağa başlayıblar.
Bununla yanaşı, ABŞ Mərkəzi Bankının faiz qərarı və Yaxın Şərqdəki gərginlik də bazarlarda qeyri-müəyyənliyi artırır. Ekspertlər yaxın günlərdə də texnologiya sektorunda dəyişkənliyin davam edəcəyini bildirirlər.
Vüsal Həmidov
YENİERA.AZ

