Yaponiyada zəlzələdən sonra dağıntılar altında sağ qalanların axtarışı davam edir
Yaponiyada baş verən güclü zəlzələdən sonra xilasedicilər gecə boyu dağıntılar altında qalan insanları xilas etmək üçün əməliyyatları davam etdiriblər.
Yeniera.az bu barədə Yaponiya mediasına istinadən xəbər verir.
Bildirilir ki, bir neçə bölgədə elektrik və su təchizatı hələ də tam bərpa olunmayıb. Hakimiyyət əlavə hərbçilər və fövqəladə xidmət əməkdaşlarını bölgəyə göndərib. Mütəxəssislər yeni afterşokların olduğu barədə əhaliyə xəbərdarlıq ediblər.
YENİERA.AZ

