Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Baş nazirdən Kərim Kərimovla bağlı – Qərar
  • Nəcibə Nəsibova rektor TƏYİN OLUNDU
  • Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»16 yaşlı Mədinə niyə ölüb? – Atası danışdı

16 yaşlı Mədinə niyə ölüb? - Atası danışdı

Cəmiyyət Gülnar Əliyeva30.07.2026 - 17:35
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Qızım xalasıgilə qonaq getmişdi, elə ordan da evimizə acı xəbəri gəldi”.

Yeniera.az xəbər verir ki, bunu Bakıvaxtı.az-a açıqlamasında Yevlaxda qida zəhərlənməsindən dünyasını dəyişən 16 yaşlı Mədinə  Əzizovanın atası Xalid Əzizov söyləyib.

Əzizovlar ailəsinin 4 övladı var. Dünyasını dəyişən Mədinə növbəti dərs ilində məzun olacaqdı:

“Çox təəssüf qismət olmadı, arzuları yarımçıq qaldı. Hələ də özümüzə gələ bilmirik. Nəyin necə baş verdiyini tam anlaya bilməmişik”, – deyir ata.

Onun sözlərinə görə, qəzə xalasıgildə badımcan yeyib:

“Bir müddət sonra halı pisləşib və qaytarmağa başlayıb. Durumunun ciddiliyini görən doğmalarımız onu xəstəxanaya çatdırıb. Amma ilkin müayinə zamanı övladımın yolda keçindiyi məlum olub. Müayinə və analizin yekunlarını gözləyirik görək Mədinə nədən, məhz hansı qidadan zəhərlənib”.

Mədinə Əzizovanın evdə bişirilən qidadan deyil, mağazadan alınan suxarıdan zəhərləndiyi barədə də iddialar dolaşır. Xalid Əzizov da hesab edir ki, mağazadan alınan qida təsir etmiş ola bilər:

“Amma bu iddialara rəsmi formada aydınlıq gətirildikdən sonra cavab tapa biləcəyik”.

Qeyd edək ki, Yevlax sakini, 2010-cu il təvəllüdlü sakin Mədinə Əzizova qida zəhərlənməsi şübhəsi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən dünyasını dəyişib. 16 yaşlı gəncin qida zəhərlənməsindən öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 16 yaşlı gəncin qida zəhərlənməsi şübhəsi ilə öldüyü ehtimal edilən hadisəni nəzarətə götürüb.

Bildirilib ki, hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AQTA mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb:

“Yevlaxda baş verən hadisə nəzarətdədir. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Bənzər Xəbərlər

30.07.2026 - 18:20Gülnar Əliyeva

Nəcibə Nəsibova rektor TƏYİN OLUNDU

30.07.2026 - 18:08Gülnar Əliyeva

Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı

30.07.2026 - 17:30Gülnar Əliyeva

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

30.07.2026 - 17:23Gülnar Əliyeva

Dəhşətli helikopter qəzası: Dövlət rəsmiləri daxil 7 nəfər həlak oldu - Bu ölkədə

30.07.2026 - 17:19Gülnar Əliyeva

Tiktoker Müjgan həbs edildi

30.07.2026 - 16:55Gülnar Əliyeva

AZAL-ın Qarsa ilk uçuşu - Fotolar

30.07.2026 - 15:41Gülnar Əliyeva

1300-dən çox şəxsin pensiyası artırıldı

30.07.2026 - 14:12Gülnar Əliyeva

Dəhşətli qəzada ölən futbolçuların - Fotosu

30.07.2026 - 14:07Gülnar Əliyeva

“İdrak”da güllələnən müəllim işdən çıxdı - Vakansiya AÇDILAR

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 351

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 600

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 632

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 500
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.