Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Əlağa İsmayılov Ukraynada SAXLANILDI
  • Ağır qəza: Ölən və yaralılar var
  • Minlərlə abonentə xəbərdarlıq – Qaz olmayacaq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»VİDEO XƏBƏRLƏR»KMBİ fişinq şəbəkəsinin daha iki üzvünü saxladı

KMBİ fişinq şəbəkəsinin daha iki üzvünü saxladı

VİDEO XƏBƏRLƏR Gülnar Əliyeva30.07.2026 - 21:12
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi müxtəlif alış-veriş platformaları, həmçinin bank və bank olmayan kredit təşkilatlarına məxsus internet səhifələrini təqlid edən saxta fişinq saytlar yaradaraq vətəndaşların kart məlumatlarını ələ keçirən daha iki şəxsi saxlayıb.

Bu barədə Yeniera.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, kiberpolisin keçirdiyi əməliyyat-axtarış və texniki tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Məhəmməd İbadov və Hüseyn Kazımov məsuliyyətə cəlb ediliblər.

Araşdırmalarla müəyyən edilib ki, H.Kazımov və M.İbadov “Telegram” platformasında kompüter, noutbuk və mobil telefonların guya böyük endirimlərlə satıldığı, eləcə də sərfəli şərtlərlə kreditlərin təqdim edildiyi barədə saxta elanlar yerləşdiriblər. Onlar hazırladıqları saxta elanların daha çox istifadəçiyə çatdırılması məqsədilə ödənişli internet reklamlarından istifadə ediblər. Elanlara daxil olan vətəndaşlar endirimli xidmətlərdən yararlanacaqlarını düşünərək saxta səhifələrdə bank kartı məlumatlarını daxil etdikdən sonra bu informasiyalar dərhal şübhəli şəxslərin əlinə keçib. Bununla da kiberdələduzlar həmin kart məlumatlarından istifadə etməklə zərərçəkmişlərin hesablarında olan pul vəsaitlərini oğurlayıblar. Onlar ifşa olunmamaq üçün vəsaitləri müxtəlif mərc oyunları platformalarına və ya faktiki olaraq nəzarətlərində olan kartlara köçürüblər. H.Kazımov və M.İbadovun bu üsulla yüzlərlə vətəndaşa maddi ziyan vurduqları müəyyən edilib.

Qeyd edilib ki, faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onların törətdikləri əlavə analoji faktların, eləcə də cinayət sxemində iştirak etmiş digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.

“Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, internet üzərindən təqdim olunan endirimli satış və ya sərfəli kredit təklifləri ilə rastlaşan zaman ehtiyatlı olsunlar. Bank kartı məlumatlarını yalnız rəsmi internet səhifələrinə daxil etsinlər, ünvan sətrini diqqətlə yoxlasınlar və kartın CVV, həmçinin SMS təsdiq kodunu heç bir halda üçüncü şəxslərlə paylaşmasınlar. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal polis orqanlarına məlumat vermək tövsiyə olunur”,- məlumatda bildirilib.

Bənzər Xəbərlər

30.07.2026 - 22:35Gülnar Əliyeva

Əlağa İsmayılov Ukraynada SAXLANILDI

30.07.2026 - 22:13Gülnar Əliyeva

Ağır qəza: Ölən və yaralılar var

30.07.2026 - 21:14Gülnar Əliyeva

4 saylı xüsusi notariat ofisinin notariusu həbs olundu

30.07.2026 - 14:30Gülnar Əliyeva

“Yaban pub”ın qarşısında dava salanlar - Həbs edildi

30.07.2026 - 11:57Gülnar Əliyeva

Metroda problem yaranıb, sərnişinlər platformadan çıxarılıb - Video

30.07.2026 - 10:12Gülnar Əliyeva

ŞOK: Bakıda 2 futbolçu dəhşətli qəzada dünyasını dəyişdi - VİDEO

29.07.2026 - 21:38Gülnar Əliyeva

Ət doğrayarkən oğlunun ÖLÜMÜNƏ SƏBƏB OLDU

29.07.2026 - 20:01Gülnar Əliyeva

Hidayət Süleymanov SAXLANILDI: Azərbaycana GƏTİRİLİR

29.07.2026 - 16:27Gülnar Əliyeva

Şərurlu İsfəndiyarla bağlı daha bir qalmaqalın görüntüləri - VİDEO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 368

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 613

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 642

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 506
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.