Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Hava dəyişir – Yağış yağacaq, şimşək çaxacaq!
  • Prezident nekroloq imzaladı
  • “3783 manatı mənə ödəmək istəmirlər” – “VİVA-RİVA”dan şikayət
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»DYP sürücülərə və piyadalara çağırış etdi

DYP sürücülərə və piyadalara çağırış etdi

Cəmiyyət Gülnar Əliyeva01.08.2026 - 10:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib.

İdarədən Sfera.az-a verilən xəbərə görə, müraciətdə deyilir ki, həftəsonu ilə əlaqədar bölgələrə səfərlərin artacağı, bununla da respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin yüksələcəyi gözlənilir:

“Bu isə bütün yol hərəkəti iştirakçılarından daha yüksək diqqət və məsuliyyət tələb edir. Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxmağı planlaşdıran sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.

Sürücülər nəzərə almalıdırlar ki, uzun məsafəli səfər yalnız nəqliyyat vasitəsinin texniki sazlığını deyil, həm də sürücünün fiziki və psixoloji hazırlığını tələb edir. Yorğun, yuxusuz və ya diqqəti yayınmış vəziyyətdə sükan arxasına əyləşmək yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır. Səfər zamanı yol və hava şəraitinə uyğun sürət həddinə riayət edilməsi, ara məsafəsinin qorunması, təhlükəli ötmə və manevrlərdən çəkinilməsi, həmçinin sükan arxasında diqqəti yayındıran amillərdən uzaq durulması təhlükəsiz hərəkətin əsas şərtlərindəndir.

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara da müraciət edərək bildirir ki, avtomobil yollarında yolun müəyyən edilməmiş hissəsindən keçmək, nəqliyyat vasitələrinin sürətini düzgün qiymətləndirmədən hərəkət zolağına çıxmaq, mobil telefondan və digər diqqəti yayındıran vasitələrdən istifadə etmək ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Yolun yalnız müəyyən olunmuş yerlərindən keçilməsi, yolu keçməzdən əvvəl sürücülərlə vizual təmasın yaradılması və hərəkətin təhlükəsiz olduğuna əmin olduqdan sonra yolun keçilməsi həyati əhəmiyyət daşıyır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücüləri və piyadaları yollarda qarşılıqlı hörmət və anlayış nümayiş etdirməyə, tələskənlikdən və riskli davranışlardan çəkinməyə çağırır”.

Bənzər Xəbərlər

01.08.2026 - 14:41Gülnar Əliyeva

Hava dəyişir - Yağış yağacaq, şimşək çaxacaq!

01.08.2026 - 13:57Gülnar Əliyeva

“3783 manatı mənə ödəmək istəmirlər” - “VİVA-RİVA”dan şikayət

01.08.2026 - 13:53Gülnar Əliyeva

Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu - FOTO

01.08.2026 - 13:39Gülnar Əliyeva

Bu gündən etibarən qüvvəyə mindi:1il müddətinə belə OLACAQ

01.08.2026 - 13:08Gülnar Əliyeva

Bayram Məmmədovun anası öldürüldü - Şübhəli qardaşıdır

01.08.2026 - 12:40Gülnar Əliyeva

Sabah 39° isti olacaq

01.08.2026 - 11:36Gülnar Əliyeva

Nəriman Həsənzadə Fəxri xiyabanda dəfn olunacaq

01.08.2026 - 11:21Gülnar Əliyeva

Prezident həmkarını təbrik etdi

01.08.2026 - 11:00Gülnar Əliyeva

MİQ-in nəticələri AÇIQLANIB

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 421

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 661

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 690

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 539
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.