Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Nəriman ABŞ-dan gedir – Yeni klubu bəlli oldu
  • Bakı Qızlar Universiteti ilə bağlı yeni qərar: Tələbələrin taleyi necə olacaq?
  • Baş nazir yeni qərar imzaladı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»“3783 manatı mənə ödəmək istəmirlər” – “VİVA-RİVA”dan şikayət

“3783 manatı mənə ödəmək istəmirlər” - “VİVA-RİVA”dan şikayət

Cəmiyyət Gülnar Əliyeva01.08.2026 - 13:57
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bakının Xətai rayon sakini Vəfa Əhmədova işlədiyi şirkət tərəfindən əmək hüquqlarının kobudcasına pozulduğunu bildirir.

“Qafqazinfo”ya müraciət edən şikyətçi iddia edib ki, çalışdığı “VİVA RİVA” mebel salonu onu qanunsuz olaraq işdən çıxarıb və 3800 manata yaxın ödənişləri həyata keçirmir:

“Keçən ilin 8 avqust tarixindən bu ilin 8 iyul tarixinədək türkiyəli iş adamı Hakan Zenginə məxsus “VİVA RİVA” mebel salonunda satıcı vəzifəsində rəsmi və faktiki olaraq gecə-gündüz demədən çalışmışam. Əmək müqaviləmdə aylıq əməkhaqqım 400 manat nəzərdə tutulsa da, qarşılaşdığım mənzərə tam bir insafsızlıq və kölə istismarı idi. Bir il boyunca şənbə və bazar günləri də daxil olmaqla, heç bir istirahət günü görmədən işlədilmişəm. Lakin əmək qanunvericiliyinin tələb etdiyi istirahət günlərindəki işə görə əlavə ödənişlərin heç biri mənə ödənilməyib. Bundan başqa, işlədiyim müddətdə nəinki haqqım olan illik məzuniyyətdən istifadə etməyimə şərait yaradılıb, hətta halal zəhmətimlə qazandığım əməkhaqqını da tam şəkildə ala bilməmişəm. Son olaraq 08.07.2026-cı il tarixində heç bir hüquqi əsas, xəbərdarlıq və rəsmi əmr olmadan, sadəcə işəgötürənin şifahi təkəbbürü ilə qapıdan çölə atılmışam. Nə istifadə etmədiyim məzuniyyətin kompensasiyası, nə də son haqq-hesabım verilib. Baş vermiş qanunsuzluqlarla bağlı, 3 783 AZN məbləğində çatacaq vəsaitin işəgötürəndən tutulması üçün aidiyyəti qurumlara müraciət etmişəm. Lakin təəssüf ki, Dövlət Əmək Müfəttişliyi Xidməti bu günə kimi bu inzibati xəta haqqında işə heç bir reaksiya vermir, prosesi uzadır. İşəgötürən Hakan Zengin açıq-aşkar bildirir ki, “Əmək Müfəttişliyi ilə münasibətləri çox yaxşıdır və ona bu haqsızlığa görə heç kim heç nə edə bilməz!”. Xahiş edirəm, bu məsələyə aidiyyəti qurumlar aydınlıq gətirsin və tədbir görsünlər”.

İttihamlarla əlaqədar Dövlət Əmək Müfəttişliyinə müraciət etdik. Sorğumuza cavab olaraq bildirildi ki, vətəndaş Vəfa Əhmədovanın əmək hüquqlarının pozulması ilə bağlı quruma 4 rəsmi müraciəti daxil olub: “Hazırda həmin müraciətlər əsasında Xidmət tərəfindən aidiyyəti üzrə araşdırma aparılır. Vətəndaşların bütün müraciətlərinə baxılması “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanuna əsasən, müraciətlərə ən geci 15 iş günü müddətində baxılır. Əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğuların göndərilməsi zərurəti yarandıqda isə müraciətə baxılma müddəti vəzifəli şəxs tərəfindən ən çox 30 iş günü uzadıla bilər”.

Məsələ ilə bağlı “VİVA RİVA” mebel salonunun da mövqeyini öyrəndik. Satış müdiri Ahmet Akdeniz saytımıza açıqlamasında bildirdi ki, V.Əhmədova ilk olaraq özü işdən çıxmaq istədiyini deyib: “Biz onun istəyini uyğun gördük və işdən çıxa biləcəyini söylədik. Bundan sonra Vəfa Əhmədova işdən çıxmağa dair ərizə təqdim etdi. Lakin bu ərizə mövcud vəziyyətə uyğun tərtib edilməmişdi. O, hazırda da rəsmi olaraq bizim əməkdaşımızdır. Həmçinin vətəndaşın iddia etdiyi kompenasasiya məbləği onun tələb etdiyi miqdarda deyil”.

Bənzər Xəbərlər

03.08.2026 - 17:35Gülnar Əliyeva

Nəriman ABŞ-dan gedir - Yeni klubu bəlli oldu

03.08.2026 - 17:26Gülnar Əliyeva

Bakı Qızlar Universiteti ilə bağlı yeni qərar: Tələbələrin taleyi necə olacaq?

03.08.2026 - 16:45Gülnar Əliyeva

Baş nazir yeni qərar imzaladı

03.08.2026 - 16:18Gülnar Əliyeva

Azərbaycan pasportu ilə 67 ölkəyə vizasız getmək mümkündür.

03.08.2026 - 15:03Gülnar Əliyeva

AzTV-nin əməkdaşının bacı və qardaşları dənizdə batdı

03.08.2026 - 14:15Gülnar Əliyeva

Sumqayıtda “103” işləmir - Problem yarandı

03.08.2026 - 14:03Gülnar Əliyeva

38° isti olacaq

03.08.2026 - 13:50Gülnar Əliyeva

Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı - Açıqlama

03.08.2026 - 13:42Gülnar Əliyeva

Namidə İsayeva yeni vəzifəyə təyin olundu

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 499

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 712

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 735

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 570
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.