Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Saat 05:00-dan işıq olmayacaq – bu ərazilərdə
  • Bu bölgələrə yağış yağacaq – SABAHIN HAVASI
  • İşləyən şəxslərin DİQQƏTİNƏ! Bundan sonra…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO

Azərbaycanda sabiq nazir vəfat etdi - FOTO

Cəmiyyət Gülnar Əliyeva01.08.2026 - 22:17
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanın keçmiş kənd təsərrüfatı naziri, Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, “Qara Tofiq” ləqəbi ilə tanınan Tofiq Hüseynov (Tofiq Hüseynli) vəfat edib.

Yeniera.az xəbər verir ki, sabiq dövlət xadimi uzun illərdir yaşadığı İsveçrədə, Bazel şəhərində dünyasını dəyişib. O, son illər ağır xəstəlikdən əziyyət çəkirdi və müalicə alırdı. Bu ilin fevral ayında onun səhhətinin kəskin ağırlaşdığı barədə də məlumatlar yayılmışdı.

Tofiq Hüseynov 1952-ci il martın 30-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. Azərbaycan Politexnik İnstitutunun Texnologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə Tovuz rayonunda başlayıb, müxtəlif istehsalat və təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışıb. 1989-cu ildən Azərbaycan Xalq Hərəkatına qoşulub, Tovuzda AXC təşkilatının yaradıcılarından və fəallarından biri olub.

1992-ci ilin may ayında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Tofiq Hüseynov, 1993-cü il martın 4-də Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsinə gətirilib. Həmin ilin iyununda isə Qərb bölgəsi üzrə Prezidentin səlahiyyətli nümayəndəsi təyin olunub.

1994-cü ilin mart ayında qanunsuz silah saxlamaq ittihamı ilə həbs edilən Tofiq Hüseynov 1995-ci ilin yanvarında azadlığa buraxılıb. Sonrakı illərdə Müsavat Partiyasında fəaliyyət göstərib, partiyanın Məclis və Divan üzvü, başqan müşaviri olub. Daha sonra partiyadan ayrılıb.

Təxminən 7–8 il əvvəl İsveçrəyə mühacirət edən sabiq nazir ömrünün son illərini Bazel şəhərində keçirirdi. Ailəli idi, iki övladı var.(Musavat.com )

Bənzər Xəbərlər

03.08.2026 - 02:00Gülnar Əliyeva

Saat 05:00-dan işıq olmayacaq - bu ərazilərdə

03.08.2026 - 01:59Gülnar Əliyeva

Bu bölgələrə yağış yağacaq - SABAHIN HAVASI

03.08.2026 - 00:26Gülnar Əliyeva

İşləyən şəxslərin DİQQƏTİNƏ! Bundan sonra...

03.08.2026 - 00:22Gülnar Əliyeva

SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş

02.08.2026 - 21:14Gülnar Əliyeva

Avqustda pul cəlb edəcək BÜRCLƏR

02.08.2026 - 21:12Gülnar Əliyeva

Xalq artisti qardaşını itirdi - FOTO

02.08.2026 - 21:07Gülnar Əliyeva

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

02.08.2026 - 20:08Gülnar Əliyeva

Bilgəhdə 6 nəfər suda batdı, biri öldü - FOTO

02.08.2026 - 15:15Gülnar Əliyeva

Tofiq Məmmədov vəfat etdi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 486

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 701

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 725

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 560
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.