Bilgəh çimərliyində 6 nəfər suda batıb.
Yeniera.az xəbər verir ki, hadisə bir neçə dəqiqə əvvəl baş verib.
Batan şəxslərdən 5 nəfər ətrafdakıların köməyi ilə sudan çıxarılıb.
Sudan çıxarılan daha bir nəfərin həyatını isə xilas etmək mümkün olmayıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, əraziyə hələ də təcili tibbi yardım briqadası gəlməyib, FHN-in xilasediciləri isə görünmür. Xitap24.az


