Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Zelenski TARİX açıqladı – Müharibə bitir?
  • Araz Ağalarovun 27 yaşlı xanımı və övladları – Foto
  • Eldar Abbaszadə vəfat etdi – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Azərbaycanda sürpriz: bu fəsil uzanacaq – 5 ay davam edə bilər

Azərbaycanda sürpriz: bu fəsil uzanacaq – 5 ay davam edə bilər

Cəmiyyət Gülnar Əliyeva03.08.2026 - 11:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bu il Azərbaycanda yay istiləri əvvəlki illərlə müqayisədə daha gec hiss olundu. Hətta iyun ayı, demək olar, sərin və yağışlı keçdi. Bildirilir ki, belə olduğu halda yay mövsümü oktyabra qədər uzana bilər.

Yay mövsümü uzanacaqmı? Yaxın aylarda hava durumu necə olacaq?

Yeniera.az xəbər verir ki, Globalinfo.az-a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova adətən iyun ayından etibarən müşahidə olunan güclü istilərin bu dəfə gecikdiyini bildirib.

“Ayrı-ayrı aylarda havanın qeyri-adi keçməsi iqlim sistemində baş verən dəyişikliklərlə bağlıdır. Son illərdə qlobal iqlim dəyişikliyi nəticəsində fəsillərin başlanğıc və bitmə tarixlərində müəyyən sürüşmələr sezilir. Bu isə yay mövsümünün bəzi illərdə daha gec başlayaraq sentyabrın sonu, hətta oktyabrın ilk günlərinə qədər davam etməsi ehtimalını artırır. Lakin bunu indidən dəqiq proqnoz kimi qəbul etmək düzgün olmaz.

Avqust ayının ən isti dövr olması gözlənilir. Xüsusilə Aran rayonlarında və Abşeron yarımadasında havanın temperaturunun iqlim normasından yüksək olacağı, bəzi günlərdə 40 dərəcəyə yaxınlaşa biləcəyi ehtimal edilir. Bununla yanaşı, dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağışları, şimşək, eləcə də dolu halları istisna edilmir”, – o qeyd edib.

Ekoloq bildirib ki, sentyabr ayında da havanın temperaturu normadan yüksək qala bilər:

“Bu səbəbdən isti hava şəraitinin payızın ilk həftələrində də davam etməsi mümkündür. Lakin oktyabr ayının necə keçəcəyini indidən yüksək dəqiqliklə söyləmək elmi baxımdan mümkün deyil”.

Ekspertin sözlərinə görə, son illərdə təkcə temperatur deyil, yağıntıların paylanması da dəyişib:

“Bir neçə həftə quraqlıq müşahidə olunduqdan sonra qısa müddətdə intensiv yağışların yağması, dolu və sel hadisələrinin baş verməsi artıq daha tez-tez rast gəlinən hallardandır. Bu dəyişikliklər kənd təsərrüfatına, su ehtiyatlarına və insanların gündəlik həyatına da təsir göstərir. Belə nəticəyə gəlmək olar ki, bu il yayın gec hiss olunması onun müəyyən qədər uzanacağı ehtimalını artırsa da, “yay mütləq oktyabra qədər davam edəcək” demək hələlik elmi əsaslandırılmış proqnoz deyil. Qarşıdakı aylarda isti hava dalğalarının davam etməsi mümkündür və vətəndaşların rəsmi meteoroloji proqnozları mütəmadi izləmələri tövsiyə olunur”.

Bənzər Xəbərlər

03.08.2026 - 21:29Gülnar Əliyeva

Zelenski TARİX açıqladı – Müharibə bitir?

03.08.2026 - 21:14Gülnar Əliyeva

Araz Ağalarovun 27 yaşlı xanımı və övladları - Foto

03.08.2026 - 21:04Gülnar Əliyeva

Eldar Abbaszadə vəfat etdi - FOTO

03.08.2026 - 20:50Gülnar Əliyeva

Bu kartofu yesəniz zəhərlənə bilərsiniz - Mütəxəssislər xəbərdarlıq etdi

03.08.2026 - 20:42Gülnar Əliyeva

Nuridə Məmmədova vəzifəsindən AZAD EDİLDİ

03.08.2026 - 18:57Gülnar Əliyeva

Bu nazirliyin yeni vəzifələri müəyyənləşdi

03.08.2026 - 17:35Gülnar Əliyeva

Nəriman ABŞ-dan gedir - Yeni klubu bəlli oldu

03.08.2026 - 17:26Gülnar Əliyeva

Bakı Qızlar Universiteti ilə bağlı yeni qərar: Tələbələrin taleyi necə olacaq?

03.08.2026 - 16:45Gülnar Əliyeva

Baş nazir yeni qərar imzaladı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 508

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 718

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 739

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 576
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.