Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • ABŞ səfirliyi İŞÇİ AXTARIR – 40 min MAAŞ
  • Azərbaycandan qaçan hərbçi Rusiyada tutuldu – Geri qaytarılacaq
  • Qızılı olanların NƏZƏRİNƏ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Pensiya sistemində dəyişiklik edilir?

Pensiya sistemində dəyişiklik edilir?

Cəmiyyət Gülnar Əliyeva07.08.2026 - 09:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanda yaşlı, ağır xəstə və əlilliyi olan şəxslər üçün baxım sosial sığorta sisteminin yaradılması məqsədəuyğun olardı.

Yeniera.az bildirir ki, bunu Modern.az-a açıqlamasında iqtisadçı Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, belə sistem uzun illərdir Avropa ölkələri və ABŞ-da tətbiq olunur və insanların uzunmüddətli gündəlik qayğıya olan ehtiyaclarının qarşılanmasına xidmət edir.

“İnsan yaşlandıqca həm qulluq, həm maddi, həm də tibbi baxımdan ehtiyacları artır. Xüsusilə qulluq məsələsi çox önəmlidir. Belə bir sistemin Azərbaycanda da tətbiqi yaxşı olardı”, – deyə o bildirib.

İqtisadçı qeyd edib ki, Azərbaycanda yaşlı insanlar üçün sosial xidmət müəssisələri fəaliyyət göstərsə də, hər kəs həmin müəssisələrdə yaşamaq istəmir.

“Elə insanlar var ki, evini tərk etmək istəmir və öz evində qalmağa üstünlük verir. Belə şəxslərin ev şəraitində qulluq, tibbi xidmət və digər ehtiyaclarının qarşılanması üçün baxım sosial sığorta sisteminin tətbiqi faydalı ola bilər”, – V.Əhmədov vurğulayıb.

O hesab edir ki, bu sistem xüsusilə ağır xəstələr və əlilliyi olan şəxslər üçün daha əlverişli olar.

Vahid Əhmədov bildirib ki, pensiya sistemində də dəyişikliklərə ehtiyac var.

“İnsanlar pensiyaya çıxana qədər sosial sığorta haqqı ödəyirlər və onların fərdi hesablarında vəsait toplanır. Elə insanlar var ki, həmin hesabda 200-400 min manat vəsaiti formalaşıb. Hesab edirəm ki, pensiyaya çıxdıqdan sonra həmin vəsaitin müəyyən hissəsindən öz ehtiyaclarını ödəmək üçün istifadə edə bilməlidirlər. Çünki bu, onların öz əməyi hesabına yığılan vəsaitdir”, – deyə o bildirib.

İqtisadçı əlavə edib ki, Azərbaycanın maliyyə imkanları belə bir modelin mərhələli şəkildə tətbiqinə şərait yaradır.

“Azərbaycanda maliyyə vəziyyəti normaldır. Belə islahatları birdən-birə deyil, mərhələli şəkildə həyata keçirmək mümkündür. Bununla yanaşı, yaşlılar, əlillər və ağır xəstələrə dövlət dəstəyinin daha da genişləndirilməsinə ehtiyac var”, – Vahid Əhmədov qeyd edib.

Bənzər Xəbərlər

18.08.2026 - 11:40Gülnar Əliyeva

ABŞ səfirliyi İŞÇİ AXTARIR - 40 min MAAŞ

18.08.2026 - 11:28Gülnar Əliyeva

Azərbaycandan qaçan hərbçi Rusiyada tutuldu - Geri qaytarılacaq

18.08.2026 - 11:15Gülnar Əliyeva

Qızılı olanların NƏZƏRİNƏ

18.08.2026 - 11:03Gülnar Əliyeva

XƏBƏRDARLIQ: yağış yağacaq, şimşək çaxacaq

18.08.2026 - 10:38Gülnar Əliyeva

Ərdoğanla Tramp telefonla danışdı

18.08.2026 - 10:13Gülnar Əliyeva

Ədalət İsmayılov vəfat etdi - FOTO

18.08.2026 - 10:00Gülnar Əliyeva

Bölgələrdə pensiyalar bu tarixdə veriləcək

18.08.2026 - 09:30Gülnar Əliyeva

Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlandı

18.08.2026 - 09:00Gülnar Əliyeva

Bu rayonlardan Bakıya gələnlərə pis xəbər – Qadağa qoyula bilər

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 811

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 929

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 888

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 720
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.