Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • TƏCİLİ! Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü
  • Sirkə turşusu ÖLÜMƏ SƏBƏB OLDU
  • Bakının bu ərazilərində işığın verilməsində fasilə olacaq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Maraqlı»Çin avtomobilləri KÜTLƏVİ sıradan çıxır – ŞOK SƏBƏB

Çin avtomobilləri KÜTLƏVİ sıradan çıxır – ŞOK SƏBƏB

Maraqlı Gülnar Əliyeva08.08.2026 - 22:06
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Rusiyada Haval, Chery, Geely, Changan, Exeed, Omoda və Jetour kimi Çin avtomobillərinin sahibləri mühərrik və yanacaq sistemlərində yaranan nasazlıqlar səbəbindən avtomobillərini kütləvi şəkildə servislərə aparmağa başlayıblar.

Yeniera.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Teleqram kanalının iddiasına görə, problemin əsas səbəbi çin avtomobillərinin yüksək keyfiyyətli, “Avro-5” standartına uyğun benzinlə işləmək üçün nəzərdə tutulmasıdır.

Rusiya hakimiyyəti isə ölkənin neft emalı zavodlarına dron hücumları nəticəsində yaranan yanacaq böhranı fonunda “Avro-2” standartlı benzinin istehsalına icazə verib.

Rusiyada əvvəllər istifadəsi qadağan edilmiş “Avro-2” benzində kükürdün miqdarı “Avro-5” yanacağı ilə müqayisədə 50 dəfəyə qədər çox ola bilər.

“Avro-2” səviyyəli yanacaqdan istifadə edən Rusiya vətəndaşları müasir Çin avtomobillərinin mühərriklərindəki forsunkaların kütləvi şəkildə sıradan çıxması, həmçinin yüksək təzyiqli yanacaq nasosları və şamların xarab olması ilə üzləşiblər. Nəticədə avtomobilin sensorları mühərrikdə nasazlıq olduğunu göstərir, dartı gücü azalır, mühərrikin işə salınması çətinləşir və yanacaq sərfiyyatı artır.

Buna baxmayaraq, bəzi avtomobil sahibləri problemdən xəbərsiz olduqları üçün aşağı keyfiyyətli yanacaq doldurmağa davam edir və nəticədə avtomobillərinə daha ciddi ziyan vururlar.

“Mash”ın məlumatına görə, son vaxtlar bu səbəbdən avtoservislərə müraciətlərin sayı həftədə 1-2-dən 7-10-a qədər artıb.

Təmirə təxminən 15 min rubl (təxminən 320 manat) xərclənir. Bəzi hallarda isə söhbət bahalı detalların tamamilə dəyişdirilməsindən gedir.

Rusiya Energetika Nazirliyi avqustun 5-də ölkə hökumətinin 2013-cü ildə qadağan edilmiş və bir kiloqram yanacaqda 500 milliqrama qədər kükürd ehtiva edən “Avro-2” benzininin istehsalına və ölkəyə idxalına icazə verdiyini açıqlayıb.

Bu icazə 2027-ci il iyulun 1-dək qüvvədə olacaq. Qərarın məqsədi “daxili bazarın avtomobil yanacağı ilə sabit təminatını və mümkün yanacaq qıtlığının qarşısının alınmasını” təmin etməkdir.

Belə benzində benzol da daxil olmaqla aromatik karbohidrogenlərin miqdarı normallaşdırılmır. Bundan başqa, əksər ölkələrdə yüksək toksikliyi və xərçəng riskləri səbəbindən istifadəsi qadağan edilən oktan artırıcı əlavə – monometilanilin (MMA) tətbiqinə də icazə verilir.

Ekspertlərin sözlərinə görə, “Avro-2” benzinində yüksək miqdarda olan kükürd silindr-porşen qrupuna, yanacaq avadanlıqlarına, mühərrik yağına, şamlara, klapanlara və forsunkalara, eləcə də katalitik neytrallaşdırıcıya zərər vurur.///Musavat.com

Bənzər Xəbərlər

10.08.2026 - 02:07Gülnar Əliyeva

TƏCİLİ! Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü

10.08.2026 - 00:41Gülnar Əliyeva

Sirkə turşusu ÖLÜMƏ SƏBƏB OLDU

09.08.2026 - 22:39Gülnar Əliyeva

11 tələbə qızı öldürən rus manyakdan - ŞOK MÜRACİƏT

09.08.2026 - 22:32Gülnar Əliyeva

Həbib Makqreqorun təhqirlərinə niyə cavab vermədiyini AÇIQLADI

09.08.2026 - 22:28Gülnar Əliyeva

 Bu marşrutlar DAYANACAQLARDA SAXLAMAYACAQ

09.08.2026 - 22:26Gülnar Əliyeva

Daha iki vəkil həbs edildi

09.08.2026 - 20:24Gülnar Əliyeva

17 yaşlı qız Kürdə batdı

09.08.2026 - 20:22Gülnar Əliyeva

Küləkli hava şəraiti ilə bağlı - Xəbərdarlıq

09.08.2026 - 20:20Gülnar Əliyeva

Hörmüz boğazı ilə bağlı layihəni - İran təsdiqlədi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 705

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 861

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 836

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 670
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.