Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu 7 qidanı yeyənlər daha gec qocalır
  • Məktəblərdə dərslər gec başlaya bilər – Yeni sistemə keçməyin vaxtıdır
  • Ən şanslı 3 bürc – Uğur qapıları açıldı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən olundu

Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən olundu

Siyasət Gülnar Əliyeva10.08.2026 - 14:13
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

İnternet informasiya ehtiyatlarının sahibləri üçün kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən edilib.

Yeniera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişikliklərdə öz əksini tapıb.

Sənədə əsasən, qanuna informasiya infrastrukturu, informasiya infrastrukturu subyekti, kibertəhlükəsizlik, kiberməkan, kibergigiyena, rəqəmsal dəlil, rəqəmsal tədqiqat, kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (CERT), Təhlükəsizlik əməliyyatları mərkəzi (SOC), Milli CERT, Dövlət CERT və digər yeni anlayışlar əlavə edilir.
Ətraflı
Ad – 00:01

Qanunda dövlət orqanlarının, informasiya infrastrukturu subyektlərinin, CERT və SOC-ların kibertəhlükəsizlik sahəsində hüquq və vəzifələri müəyyən edilir, kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin aşkarlanması, qarşısının alınması, araşdırılması və aradan qaldırılması üzrə fəaliyyət mexanizmləri təsbit olunur.

Sənəd ilə həmçinin informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin olunması, kibertəhlükəsizlik üzrə monitorinq və auditlərin aparılması, kiberinsidentlər barədə məlumat mübadiləsinin həyata keçirilməsi, rəqəmsal tədqiqatların aparılması, rəqəmsal inkişaf layihələrinin maliyyələşdirilməsi və rəqəmsal həllərin sınaqdan keçirilməsi məqsədilə tənzimləyici test mühitinin tətbiqi ilə bağlı müddəalar müəyyən edilir.

Eyni zamanda, informasiya infrastrukturu subyektləri, internet provayderlər, host provayderlər və internet informasiya ehtiyatlarının sahibləri üçün kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən edilir, Milli CERT-in fəaliyyət istiqamətləri və səlahiyyətləri genişləndirilir.

Prezidentin qanunun icrası ilə əlaqədar imzaladığı müvafiq Fərmana əsasən isə Dövlət Təhlükəsizliyi Xidmətinə, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə tapşırılıb və Mərkəzi Bankına tövsiyə edilib ki, kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin və təhlükəsizlik əməliyyatları mərkəzlərinin CERT-lərin və SOC-ların reyestrinə daxil edilməsi üçün bir il müddətində tədbirlər görüb Prezidentə məlumat versinlər.

Bənzər Xəbərlər

10.08.2026 - 22:15Gülnar Əliyeva

Sülh Sammitinin birinci ildönümü ilə bağlı - Birgə Bəyanat

10.08.2026 - 19:30Gülnar Əliyeva

DTX əhaliyə xəbərdarlıq etdi

10.08.2026 - 16:15Gülnar Əliyeva

Bu gün təyin olunan səfirlər kimdir? - DOSYE

10.08.2026 - 14:30Gülnar Əliyeva

Azərbaycanın Niderlanddakı səfiri geri çağırılaraq Belçikaya təyin olundu

10.08.2026 - 14:00Gülnar Əliyeva

İlham Əliyev Fərman İMZALADI

10.08.2026 - 13:46Gülnar Əliyeva

Nərgiz Qurbanova səfir vəzifəsindən GERİ ÇAĞIRILDI - SƏRƏNCAM

10.08.2026 - 11:43Gülnar Əliyeva

Əliyev Pezeşkiana təşəkkür etdi

10.08.2026 - 11:30Gülnar Əliyeva

Litvanın Baş naziri Prezidentə zəng etdi

09.08.2026 - 11:34Gülnar Əliyeva

İlham Əliyev Sinqapur Prezidentini təbrik etdi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 710

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 865

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 839

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 673
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.