Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Rusiyaya apardıqları bibər yox, narkotik imiş – Video
  • Azərbaycanlılara çağırış edildi: övladlarınızı ora qoymayın!
  • Sabah da yağış yağacaq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi – Foto

“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi - Foto

İqtisadiyyat Gülnar Əliyeva11.08.2026 - 11:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Qafqazın ilk inteqrasiya olunmuş e-ticarət, bank və ödəniş ekosistemi olan “Bir”, “m10” rəqəmsal pul kisəsi tətbiqində süni intellektlə işləyən “Ey-ay” çatbotunu istifadəyə verib.

Artıq “m10” istifadəçiləri tətbiq daxilində xidmətləri axtarmaq əvəzinə, sadəcə “Ey-ay” ilə yazışaraq kommunal ödənişlərini həyata keçirə, balanslarını daha sürətlə artıra, həmçinin digər “m10” xidmətlərini asanlıqla tapa bilərlər.

Bu yenilik cəmiyyətin nağd puldan rəqəmsal ödənişlərə sürətli keçidini dəstəkləməklə yanaşı, gündəlik maliyyə əməliyyatlarını daha sürətli və asan etmək üçün hazırlanıb. “Bir” ekosistemi rəqəmsal xidmətləri hər kəs üçün daha sadə və əlçatan etməyi, insanların bu mühitə uyğunlaşmasını asanlaşdırmağı hədəfləyir.

“Bir” ekosisteminin Məhsul, marketinq və müştəri təcrübəsi üzrə rəhbəri Maksim Yevdokimov “Ey-ay” haqqında danışarkən bildirib ki, bu gün insanlar rəqəmsal xidmətlərdən sürət və rahatlıq gözləyirlər: “Ey-ay” sayəsində istifadəçilər gündəlik ödənişlərini sadəcə yazışma vasitəsilə həyata keçirə bilirlər ki, bu da xidmətlərdən istifadəni daha rahat və əlçatan edir. Biz maliyyə xidmətlərini insanların artıq öyrəşdiyi ünsiyyət üslubu ilə birləşdirərək rəqəmsal ödənişləri hər kəs üçün daha sadə edir və Azərbaycanın rəqəmsal iqtisadiyyata keçidini dəstəkləyirik”.

“Bir” Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – “Birbank” rəqəmsal mobil bankçılıq tətbiqi, “Birmarket” e-ticarət platforması, “Milliön” ödəniş terminalları və “m10” rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və “BakıKart”la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində “Bir”, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Ətraflı məlumat üçün: bir.az

Bənzər Xəbərlər

11.08.2026 - 14:17Gülnar Əliyeva

Azərbaycanlılara çağırış edildi: övladlarınızı ora qoymayın!

11.08.2026 - 13:40Gülnar Əliyeva

İki ay əvvəl ilk avtomobilini alıbmış... - Balakəndəki qəzanın təfərrüatı

11.08.2026 - 13:26Gülnar Əliyeva

DİN-dən onlayn alış-verişlə bağlı - Xəbərdarlıq

11.08.2026 - 13:13Gülnar Əliyeva

Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü çıxarıldı

11.08.2026 - 12:48Gülnar Əliyeva

Şimşək çaxır, yağış yağır

11.08.2026 - 12:21Gülnar Əliyeva

İstanbulun sevimli pişikləri şəhərin ayrılmaz simvollarından birinə çevrilib - FOTOLAR

11.08.2026 - 12:15Gülnar Əliyeva

Bir ailənin 3 üzvü faciəli şəkildə öldü

11.08.2026 - 12:05Gülnar Əliyeva

Ali Məhkəmə qərar qəbul etdi

11.08.2026 - 11:38Gülnar Əliyeva

Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR:Qeydiyyata düşmək üçün...

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 714

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 865

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 839

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 673
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.