ABŞ Prezidenti Donald Tramp ötən ay İrandan mümkün sui-qəsd təhdidi səbəbindən Türkiyəni gizli təhlükəsizlik əməliyyatı ilə tərk etdiyini təsdiqləyib.
Yeniera.az xəbər verir ki, o, bu barədə ABŞ mediasında yayılan xəbərlərlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
“The Washington Post” qəzetinin yazdığına görə, prezident Türkiyədən çıxarkən əvvəlcə ictimaiyyətə göstərilən prezident təyyarəsinə minib, daha sonra isə gizli şəkildə başqa hərbi təyyarəyə keçirilib.
Tramp isə onu daşıyan təyyarənin, əslində, daha böyük təhlükə altında olduğunu düşündüyünü bildirib: “Əslində, olduğum təyyarənin daha böyük risk altında olduğunu düşünürəm. Çünki hədəfə alınma ehtimalı daha yüksək olan təyyarə olduğu qənaətindəyəm”.
Tramp təyyarənin dəyişdirilməsi qərarının şəxsən onun tərəfindən verilmədiyini vurğulayıb.
Prezident bildirib ki, təhlükəsizlik məsələlərində Məxfi Xidmət və hərbi rəsmilərin tövsiyələrinə əməl edir. Onun sözlərinə görə, təhlükəsizlik əməkdaşları başqa təyyarə ilə uçmasını istəyiblər və o da bu qərara uyğun hərəkət edib.
Tramp prezidentlərin ciddi təhlükələrlə üzləşə biləcəyini d

