Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Babək Hüseynov SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad olunub?
  • ŞOK ARAŞDIRMA: Natavan Əmirova və plastik cərrahiyyə pərdəsi arxasında gizlənən qanunsuzluqlar – SƏNƏDLƏR NƏ DEYİR?
  • “Qanuni oğru” Azərbaycana gətirildi: adı qətldə və Zelenskinin fərmanında keçir – FOTO+VİDEO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»AQC İdarə Heyətinin sədri Ankarada rəsmi görüşlər keçirib

AQC İdarə Heyətinin sədri Ankarada rəsmi görüşlər keçirib

İqtisadiyyat Gülnar Əliyeva13.08.2026 - 14:35
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun Türkiyəyə səfəri çərçivəsində Ankarada bir sıra görüşlər keçirilib.

Səfər çərçivəsində Vüqar Oruc Türkiyənin Enerji Piyasası Düzenleme Kurulunun (EPDK) sədr müavini Dr. Muhammed Mustafa İzgeç və Ankara Yıldırım Beyazıt Universitetinin prorektoru Prof. Dr. Hüseyin Tutar ilə görüşüb.

EPDK sədr müavini ilə görüşdə əsas diqqət qiymətləndirmə fəaliyyətinin enerji sektorunda tətbiq imkanlarına yönəlib. Vüqar Oruc Azərbaycanda qiymətləndirmə sektorunun inkişafı, AQC-nin fəaliyyəti və qiymətləndirmə institutunun iqtisadi münasibətlər sistemində rolunun artırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Müzakirələr zamanı enerji şirkətləri və infrastruktur obyektləri daxil olmaqla iri aktivlərin qiymətləndirilməsi, aktivlərin idarə edilməsi prosesində qiymətləndirmə məlumatlarından istifadə, investisiya qərarlarının əsaslandırılması və aktivlərin səmərəli idarə olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə biznes və investisiya mühitində aktuallığı artan ESG prinsiplərinin aktivlərin dəyərinə və investisiya qərarlarına təsiri də müzakirə olunub. Ekoloji, sosial və korporativ idarəetmə amillərinin qiymətləndirmə proseslərində nəzərə alınmasının gələcəkdə sektor üçün yeni yanaşmalar formalaşdıra biləcəyi qeyd edilib.

Dr. Muhammed Mustafa İzgeç Türkiyədə enerji bazarının tənzimlənməsi çərçivəsində formalaşan təcrübə və enerji layihələri ilə bağlı yanaşmalar barədə məlumat verib. O, enerji aktivlərinin real iqtisadi dəyərinin müəyyənləşdirilməsi və investisiya qərarlarının əsaslandırılmasında peşəkar qiymətləndirmənin əhəmiyyətinə toxunub.

Görüş zamanı qiymətləndirmə sahəsində Azərbaycan və Türkiyə təcrübəsinin qarşılıqlı öyrənilməsi, enerji aktivlərinin qiymətləndirilməsi və idarə edilməsi istiqamətində peşəkar əlaqələrin inkişaf etdirilməsi imkanlarını müzakirə olunub.

Vüqar Orucun Ankaradakı digər görüşü Ankara Yıldırım Beyazıt Universitetində baş tutub. AQC İdarə Heyətinin sədri universitetin prorektoru Prof. Dr. Hüseyin Tutar ilə görüşüb.

Görüşdə qiymətləndirmə sahəsində akademik və peşəkar əməkdaşlığın inkişaf etdirilməsi, mütəxəssis hazırlığı və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Vüqar Oruc AQC-nin fəaliyyəti, Azərbaycanda qiymətləndirmə sektorunun institusional inkişafı, peşəkar qiymətləndiricilərin hazırlanması və beynəlxalq yanaşmaların tətbiqi istiqamətində görülən işlər barədə məlumat verib. O, qiymətləndirmə sahəsində nəzəri biliklərlə praktiki təcrübənin uzlaşdırılmasının peşəkar kadr hazırlığında mühüm rol oynadığını bildirib.

Prof. Dr. Hüseyin Tutar universitetin elmi və akademik imkanları, təhsil və tədqiqat istiqamətləri barədə məlumat verib. O, universitetlərlə peşəkar qurumlar arasında əməkdaşlığın inkişaf etdirilməsinin həm təhsil, həm də praktik fəaliyyət baxımından əhəmiyyətini vurğulayıb.

Görüşdə Azırbaycanda fəaliyyət göstərən və AQC il əməkdaşlıq memorandumlar imzalamış UNEC, Bakı Avrasiya Universiteti, Sumqayıt Dövlət Universiteti və digər təhsil qurumları ilə Ankara Yıldırım Beyazıt Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə Türk dünyasında universitetlər, elmi qurumlar və peşəkar təşkilatlar arasında əlaqələrin inkişaf etdirilməsi məsələsi də diqqət mərkəzində olub. Bu istiqamətdə qiymətləndirmə sahəsində əldə olunan təcrübənin Türk dövlətləri ilə paylaşılması və gələcəkdə ortaq elmi və peşəkar təşəbbüslərin formalaşdırılması imkanları barədə fikir mübadiləsi aparılıb.

Bənzər Xəbərlər

14.08.2026 - 16:32Gülnar Əliyeva

Babək Hüseynov SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad olunub?

14.08.2026 - 16:14Gülnar Əliyeva

ŞOK ARAŞDIRMA: Natavan Əmirova və plastik cərrahiyyə pərdəsi arxasında gizlənən qanunsuzluqlar – SƏNƏDLƏR NƏ DEYİR?

14.08.2026 - 15:26Gülnar Əliyeva

“Qanuni oğru” Azərbaycana gətirildi: adı qətldə və Zelenskinin fərmanında keçir – FOTO - VİDEO

14.08.2026 - 15:12Gülnar Əliyeva

Adnan Əhmədzadənin Minerva Marina tankerindən 100 milyonluq əməliyyatı – SENSASİON DETALLAR

14.08.2026 - 15:00Gülnar Əliyeva

General leytenant komandan vəzifəsindən azad olundu

14.08.2026 - 13:20Gülnar Əliyeva

Tanınmış aparıcının həyat yoldaşı VƏFAT ETDİ

14.08.2026 - 12:55Gülnar Əliyeva

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

14.08.2026 - 12:45Gülnar Əliyeva

“Guya tuneli bağladıq ki, Azərbaycan Ordusu əraziyə girəndə…”

14.08.2026 - 12:33Gülnar Əliyeva

Pensiya ilə bağlı vətəndaşları sevindirəcək XƏBƏR

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 759

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 887

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 860

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 695
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.