Şamil Məmmədsaleh oğlu Əliyev Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin edilib.
Yeniera.az xəbər verir ki, bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əmr imzalayıb.
Əmrə əsasən, Şamil Əliyev, həmçinin Naxçıvan Regional DOST Mərkəzinin direktorunun səlahiyyətlərini icra edəcək.
Şamil Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetində “Menecment” ixtisası üzrə ali təhsil alıb. O, əmək fəaliyyətinə 2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunda başlayıb, 2019-cu ildən isə DOST Agentliyində fəaliyyət göstərir.
Vətən müharibəsi iştirakçısı olan Şamil Əliyev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.


