Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Tanınmış aparıcının həyat yoldaşı VƏFAT ETDİ
  • İlham Əliyev Fərman İMZALADI
  • Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Sabahdan “Nizami” və “28 May” arasında qatar olmayacaq

Sabahdan "Nizami" və "28 May" arasında qatar olmayacaq

Cəmiyyət Gülnar Əliyeva14.08.2026 - 11:40
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Sabahdan “AZCON Holding” şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən “qırmızı” və “yaşıl” xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır.

Yeniera.az xəbər verir ki, tikinti işləri təxminən 10-11 ay davam edəcək və bu müddət ərzində qatarlar “Nizami” – “28 May” arasında fəaliyyət göstərməyəcək.

Layihə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na uyğun icra olunur.

Layihənin əsas məqsədi “qırmızı” və “yaşıl” xətlər arasında asılılığa son qoymaq, stansiyalarda sıxlığı azaltmaq, qatarlararası intervalı minimuma endirmək və hərəkətin dayanıqlılığını təmin etməkdir.

İşlər tamamlandıqdan sonra “İçərişəhər” istiqamətinə gedən sərnişinlər “28 May”, “Dərnəgül” istiqamətinə gedənlər isə “Cəfər Cabbarlı” stansiyasının platformasından istifadə edəcəklər.

Bununla yanaşı, “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirən və tikintisi artıq yekunlaşmaq üzrə olan ikinci sərnişin pilləkəni stansiyalar arasında daha rahat və sürətli keçidə imkan verəcək.

Layihənin icrası çərçivəsində “yaşıl” xəttə xidmət göstərəcək “Dərnəgül” elektrik deposunun inşaatının ikinci mərhələsi başa çatmaq üzrədir. Bununla da “Cəfər Cabbarlı” – “Nizami” mənzilini birləşdirəcək 200 metrlik yeni tunellərin inşasına başlanılır. Tikinti işləri təxminən 10-11 ay davam edəcək.

İnşaat dövründə metroda hərəkət aşağıdakı kimi təşkil olunacaq:

– “28 May” – “Nizami” mənzili: bu iki stansiya arasında sərnişindaşıma dayandırılacaq. Bununla əlaqədar aparılmış birgə təhlillər əsasında artıq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən əlavə ekspres marşrutlar açılıb.

– “Qırmızı” xətt: “İçərişəhər” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunmaqla qatarlar “İçərişəhər” – “Əhmədli” marşrutu üzrə 2 dəqiqə 30 saniyəlik intervalla hərəkət edəcək. (“Əhmədli”- “Həzi Aslanov” mənzilində təmir başa çatanadək məkik hərəkət üzrə mövcud interval saxlanılacaq).

– “Yaşıl” xətt: Qatarlar “Dərnəgül” – “Nizami” marşrutu üzrə 3 dəqiqə 30 saniyəlik intervalla fəaliyyət göstərəcək.

– “Cəfər Cabbarlı” – “Xətai” mənzili: Məkik hərəkət rejimi dəyişməz qalacaq (interval 7 dəqiqə).

– “Bənövşəyi” xətt: “Xocəsən” – “8 Noyabr” marşrutu üzrə 8 dəqiqəlik interval qüvvədə saxlanılacaq.

“Qırmızı xətt” üzrə isə “İçərişəhər” dönmə kamerasının tikintisi davam edir və layihənin 2028-ci ilin ikinci yarısında tamamlanması planlaşdırılır. Bu infrastrukturlar tam istifadəyə verildikdən sonra hər iki xətt üzrə intervalların 2 dəqiqəyədək azaldılması mümkün olacaq.

“28 May” və “Nizami” stansiyaları arasında birbaşa metro əlaqəsinin olmaması səbəbindən yaranacaq çətinliklər nəzərə alınaraq, yerüstü nəqliyyatda əlavə dəstəkləyici tədbirlərin təşkilinə dair qərar qəbul olunub. Belə ki, AYNA tərəfindən əlavə ekspres xətlərin yaradılması və mövcud xətlərin gücləndirilməsi ilə bağlı tədbirlər görülməsi nəzərdə tutulur. Bu gündən etibarən müxtəlif istiqamətlərdə 6 yeni ekspres avtobus marşrutu istifadəyə verilib. Bundan başqa bir sıra mövcud marşrut xətlərindəki nəqliyyat vasitələrinin sayı sabahdan artırılacaq.

Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək davam edəcək.

Yeni ekspres xətləri bunlardır:

M1 – Metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları arasında

M2 – Metronun “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları arasında

M3 – Metronun “20 Yanvar”, “Nizami” və “28 May” stansiyaları arasında

M4 – Metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları arasında

M5 – Metronun “20 Yanvar” və “Gənclik” stansiyaları arasında

M6 – Metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları arasında.

Qeyd edək ki, avtobuslar ödənişli əsaslarla fəaliyyət göstərir.

Əlavə olaraq 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165,199, 202 nömrəli marşrutlarda avtobusların sayı artırılacaq və intervalı azaldılacaq.

Bənzər Xəbərlər

14.08.2026 - 13:20Gülnar Əliyeva

Tanınmış aparıcının həyat yoldaşı VƏFAT ETDİ

14.08.2026 - 12:55Gülnar Əliyeva

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

14.08.2026 - 12:45Gülnar Əliyeva

“Guya tuneli bağladıq ki, Azərbaycan Ordusu əraziyə girəndə…”

14.08.2026 - 12:33Gülnar Əliyeva

Pensiya ilə bağlı vətəndaşları sevindirəcək XƏBƏR

14.08.2026 - 12:20Gülnar Əliyeva

Ən çox istifadə olunan dərmanların YENİ QİYMƏTLƏRİ – SİYAHI

14.08.2026 - 12:06Gülnar Əliyeva

Azercell və eSİm"dən ŞİKAYƏT: “Məni niyə soyursunuz?”

14.08.2026 - 11:53Gülnar Əliyeva

Azərbaycanda bu kəndlə əlaqə kəsildi - FOTO

14.08.2026 - 11:28Gülnar Əliyeva

"Qalatasaray"da gözlənilməz ayrılıq

14.08.2026 - 11:15Gülnar Əliyeva

“Global Media”nın əməkdaşı vəfat etdi - Foto

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 752

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 883

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 860

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 694
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.