Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Mədət Quliyevin oğlu vəzifədən azad edildi
  • Xəzər dənizi sahilində 1500 il əvvələ aid qızıl ayaqqabı tapıldı
  • AAYDA sədri onu özünə müşavir təyin etdi – Foto
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Heydər Əliyev niyə məhz onu seçdi? – Vəfat edən generalla bağlı detallar

Heydər Əliyev niyə məhz onu seçdi? – Vəfat edən generalla bağlı detallar

Siyasət Gülnar Əliyeva16.08.2026 - 18:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Xəbər verdiyimiz kimi, bu gün Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov vəfat edib.

Yeniera.az “yenisabah”a istinadən mərhum generalla bağlı maraqlı məlumatları təqdim edir.

Abbasəli Novruzov 1937-ci ildə Ermənistan SSR Dərələyəz mahalının Zeytə kəndində anadan olub. Atası Cəfərov Ramazan Novruz oğlu 1945-ci ildə müharibədən qayıtdıqdan 15 gün sonra vəfat edib. 8 yaşlı Abbasəli bacıları Binyaz, Gülnaz və qardaşı anası Leyla xanımın himayəsində qalıb. 1949-cu ildə tarixi yurdlarından deportasiya olunaraq Sabirabad rayonunun Şıx Salahlı kəndinə köçürülüblər.
BUNU DA OXU
Şirvan kanalında kişi meyiti tapıldı
Sabahın havası bu insanlar üçün əlverişlidir
Cəlilabadın 12 kəndində qaz olmayacaq
Çağırışçı kimi Sərhəd Qoşunlarına düşüb. Əvvəlcə SSRİ DTK Sərhəd məktəbinin hüquq bölməsini, sonra isə Dövlət Təhlükəsizlik Akademiyasını bitirib. SSRİ dövründə sıravi əsgərdən polkovnik rütbəsinə qədər yüksəlib. Hüquqşünas, hərbi tərcüməçi, kəşfiyyatçı Abbasəli Novruzov zastava rəisinin müavini vəzifəsindən Zaqafqaziya Sərhəd Dairəsinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə qədər şərəfli bir yol keçib. Əfqanıstanda Sərhəd Qoşunları üzrə baş müşavir vəzifəsində göstərilən etimadı ləyaqətlə doğruldub. Səhhətiylə bağlı ehtiyata buraxıldıqdan sonra Azərbaycan Ədliyyə Nazirliyində idarə rəisinin müavini və rəis vəzifələrində çalışıb. 1979-cu ildə Lənkəran Sərhəd Dəstəsinin kəşfiyyat rəisi işləyərkən o vaxt Mərkəzi Komitənin 1-ci katibi olan Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın “Əməkdar hüquqşünas”ı fəxri adına və “SSRİ DTK-nın fəxri əməkdaşı” adına layiq görülüb. 1984-cü ildə SSRİ Sərhəd Qoşunlarından ehtiyata buraxıldıqdan sonra Azərbaycanda Ədliyyə Nazirliyində məsul vəzifələrdə çalışıb.

1993-cü ildə sabiq prezident Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi orduda, o cümlədən sərhəddə də quruculuq işlərinə başlanılıb. 1994-cü il aprelin 8-də Prezident Heydər Əliyev təcrübəsinə yaxşı bələd olduğu Abbasəli Novruzovu komandan timsalında — müstəqil Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı kimi dəvət edib. O illərdə sərhəddə vəziyyət gərgin olub. Sovet ordusu Azərbaycanı tərk edərkən texniki qurğuları dağıdıblar. Keçmiş hakimiyyətin zəifliyindən istifadə edərək şəxsi mövqelərini dövlət mövqeyindən üstün tutan adamlar Sərhəd Qoşunlarına işə düzəliblər. Yerli əhalidə, eləcə də sərhədyanı dövlətlərin sakinlərində belə bir fikir formalaşıb ki, sərhədi nə vaxt istəsələr, harada istəsələr poza bilərlər. Sərhədi nəinki piyada, hətta yük maşınları ilə pozublar, sərvətlərimiz aramsız olaraq xaricə daşınıb. Məhz belə bir vaxtda müdrik dövlət başçısının seçimi dəqiq olub. Az sonra A. Novruzov general-mayor hərbi rütbəsinə layiq görülüb. Onun rəhbərliyi altında İranla yanaşı, Rusiya və Gürcüstanla olan sərhədlər də mühafizəyə götürülüb. İqtisadi çətinliklərə baxmayaraq, Xudat, Şəmkir, Zaqatala sərhəd dəstələri yaradılıb. Maddi-texniki bazanın möhkəmləndirilməsinə, sərhəd texniki qurğularının bərpasına diqqət artırılıb. Şəxsi heyətdə attestasiya aparılaraq, təsadüfi adamlar xidmətdən uzaqlaşdırılıb. Ali təhsilli gənclər arasından xidmətə yeni kadrlar cəlb olunub.

Sərhəd Qoşunları ilə ictimaiyyətin əlaqələri genişləndirilib, yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları və ictimai təşkilatlarla qarşılıqlı münasibətlər möhkəmləndirilib və dövlət sərhədlərimizin ümumxalq mühafizəsinə həsr olunmuş birgə müşavirələr, toplantılar keçirilib.

Sərhəd dəstələrinin fəaliyyətinin gücləndirilməsi sayəsində sərhəd pozucularının sayı minimum həddə endirilib. Azərbaycan MDB ölkələrinin xarici sərhədlərinin birgə qorunması barədə müqaviləyə qoşulmasa da, bütün birlik ölkələrinin mənafeyini nəzərə alan ikitərəfli saziş əsasında əməkdaşlığa üstünlük verilib, Rusiya Federasiyası və Gürcüstanla sərhəd məsələlərini tənzimləyən sazişlər imzalanıb.

Bənzər Xəbərlər

18.08.2026 - 19:13Gülnar Əliyeva

Mədət Quliyevin oğlu vəzifədən azad edildi

18.08.2026 - 18:47Gülnar Əliyeva

AAYDA sədri onu özünə müşavir təyin etdi - Foto

18.08.2026 - 17:50Gülnar Əliyeva

Hörmüzü “ABŞ-nin yeni ərazisi” kimi təqdim etdi - İranın cavabı gecikmədi

18.08.2026 - 17:25Gülnar Əliyeva

Azərbaycanda bəzi təşkilatların hesablarına kiberhücum olub

18.08.2026 - 17:15Gülnar Əliyeva

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

18.08.2026 - 17:00Gülnar Əliyeva

Məşhur aktrisa VƏFAT ETDİ - FOTO

18.08.2026 - 16:45Gülnar Əliyeva

Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... - Kino İttifaqında nə baş verir?

18.08.2026 - 16:33Gülnar Əliyeva

Xankəndidə “Şah əsəri” restoranının qarşısında dava-dalaş - Həbs olunanlar var

18.08.2026 - 16:20Gülnar Əliyeva

Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 815

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 931

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 888

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 724
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.