Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Dərnəgül”ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək?
  • Avtomobil qiymətlərində UCUZLAŞMA
  • Ucardakı qəzada ölən Elnurla Aqilin – Fotosu
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Azərbaycanda “su pulu” ilə bağlı mühüm xəbər – Qiymət dəyişəcək?

Azərbaycanda “su pulu” ilə bağlı mühüm xəbər – Qiymət dəyişəcək?

Cəmiyyət Gülnar Əliyeva17.08.2026 - 09:35
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Böyük Britaniyada quraqlıq və suya tələbatın artması fonunda istehlakçıların daha çox ödəniş etməsi gündəmə gəlib. Təklif edilən yeni sistemə əsasən, su qıtlığı zamanı tariflərin artırılması, normadan artıq istifadə edən ev təsərrüfatlarının isə daha yüksək ödəniş etməsi nəzərdə tutulur.

Bu məsələ Azərbaycanda da su ehtiyatlarının gələcəyi ilə bağlı suallar doğurur. Ölkəmizdə gələcəkdə quraqlıq və su qıtlığı səbəbindən tariflərin artırılması və ya istehlaka limit qoyulması gündəmə gələ bilərmi? Azərbaycanı Britaniyadakı ssenari gözləyir?

Yeniera.az xəbər verir ki, globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Azərbaycanda gələcəkdə quraqlıq və su qıtlığı səbəbindən su tariflərinin artırılması və istehlaka müəyyən məhdudiyyətlərin tətbiqi tamamilə mümkündür:

“Çünki iqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların qeyri-bərabər paylanması və bəzi su mənbələrində ehtiyatların azalması su təminatını getdikcə daha həssas məsələyə çevirir. Xüsusilə kənd təsərrüfatında suya tələbatın yüksək olması vəziyyəti daha da mürəkkəbləşdirir.

Lakin Azərbaycanın Böyük Britaniyadakı ssenarini eyni formada təkrarlayacağını demək düzgün olmaz. Ölkələrin su ehtiyatları, iqlimi, su təsərrüfatı sistemi və tarif siyasəti fərqlidir. Azərbaycanda əsas məsələ yalnız əhali tərəfindən istifadə olunan suyun qiymətinin artırılması deyil, su itkilərinin azaldılması, köhnəlmiş şəbəkələrin yenilənməsi, su anbarlarının səmərəli idarə olunması və kənd təsərrüfatında daha qənaətcil suvarma sistemlərinə keçiddir.

Bununla belə, su qıtlığı kəskinləşərsə, gələcəkdə diferensial tariflərin tətbiqi gündəmə gələ bilər. Məsələn, müəyyən həddə qədər istifadə olunan su daha münasib qiymətlərlə, normadan artıq istehlak isə daha yüksək tariflərlə hesablanaraq insanları suya qənaət etməyə təşviq edə bilər. Quraqlıq dövrlərində isə müəyyən istehlak məhdudiyyətlərinin tətbiqi də istisna deyil”.

İqtisadçı qeyd edib ki, belə bir siyasət tətbiq edilərsə, sosial tərəfi mütləq nəzərə alınmalıdır:

“Su əsas ehtiyac olduğuna görə onun qiymətinin kəskin artırılması aztəminatlı ailələrə ciddi yük yarada bilər. Buna görə daha real yanaşma bütün istehlakçılara eyni şəkildə yüksək tarif tətbiq etməkdən çox, israfçı və normadan artıq istifadənin daha baha başa gəlməsi, əsas istehlak həcminin isə əhali üçün əlçatan saxlanılmasıdır.

Əslində, Azərbaycan üçün Britaniya ssenarisindən daha vacib dərs su qıtlığı baş verdikdən sonra tarif artırmaq deyil, qıtlıq yaranmamışdan əvvəl suya qənaət mexanizmlərini qurmaqdır. Əgər su ehtiyatlarının azalması davam edərsə, suyun gələcəkdə sadəcə kommunal xidmət deyil, strateji resurs kimi idarə olunması qaçılmaz olacaq”.

Bənzər Xəbərlər

17.08.2026 - 11:03Gülnar Əliyeva

"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? 

17.08.2026 - 10:50Gülnar Əliyeva

Avtomobil qiymətlərində UCUZLAŞMA

17.08.2026 - 10:38Gülnar Əliyeva

Ucardakı qəzada ölən Elnurla Aqilin - Fotosu

17.08.2026 - 10:25Gülnar Əliyeva

Rusiyadan gələn yük avtomobili yandı - Video

17.08.2026 - 10:12Gülnar Əliyeva

Xəzər dənizinin adı dəyişib belə ola bilər – Ağlasığmaz ADDIM

17.08.2026 - 10:00Gülnar Əliyeva

Generallar Şükür Həmidovun qızının toyunda rəqs etdilər - Video

17.08.2026 - 02:08Gülnar Əliyeva

İran raketlərlə hücuma keçdi

17.08.2026 - 02:04Gülnar Əliyeva

Bu gün saat 10:00-dan işıq olmayacaq - bu ərazilərdə

17.08.2026 - 00:15Gülnar Əliyeva

Xameneinin SAĞLAMLIĞI ÜÇÜN 10 min qoyun kəsiləcək

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 791

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 916

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 879

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 711
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.