Xəbər verdiyimiz kimi, bu gün şəhid Milli Qəhrəman Şükür Həmidovun qızı Əzizə Həmidovanın toyudur.
Yeniera.az xəbər verir ki, toyda generallar, dövlət məmurları, tanınmış ictimai şəxslər iştirak ediblər.
Müdafiə nazirinin birinci müavini, Ordunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəlyev, Aprel döyüşləri və 2020-ci ilin Vətən müharibəsinin komandanlarından olan general-leytenant Mayis Bərxudarov, Abşeron RİH başçısı Abidin Fərzəliyev və digərləri toyda rəqs ediblər.
Həmin görüntüləri təqdim edirik:

