Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • AAYDA sədri onu özünə müşavir təyin etdi – Foto
  • Hörmüzü “ABŞ-nin yeni ərazisi” kimi təqdim etdi – İranın cavabı gecikmədi
  • Azərbaycanda bəzi təşkilatların hesablarına kiberhücum olub
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Mədəniyyət»Ceki Çanın çəkildiyi filmin Azərbaycandakı çəkilişləri başa çatıb

Ceki Çanın çəkildiyi filmin Azərbaycandakı çəkilişləri başa çatıb

Mədəniyyət Gülnar Əliyeva17.08.2026 - 15:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb.

Bu barədə Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) Yeniera.az-a məlumat verilib.

Bildirilib ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmış ən irimiqyaslı xarici film istehsalı layihəsidir.

Sözügedən filmin Azərbaycan hissəsinin çəkilişlərinin uğurla keçməsində Mədəniyyət Nazirliyinin koordinatorluğu ilə müxtəlif dövlət orqanlarının – Rəqəmsal İnkişaf və Nəqliyyat, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin və digər qurumların – ümumilikdə 26 rəsmi təşkilatın çəkiliş heyətinə dəstək məqsədilə birgə fəaliyyəti mühüm rol oynayıb.

“Tanrının zirehi 4: Ultimatum” filminin istehsalına 200-dən çox yerli mütəxəssis, onlarla yerli şirkət cəlb olunub. Bu cür fəaliyyət yerli kino mütəxəssislərinin təcrübə toplamasını və beynəxalq əməkdaşlığı gücləndirməsini təmin edir.

Ölkədə qlobal blokbasterlərin çəkilməsi Azərbaycanın dünyada təbliği, o cümlədən, turizm imkanlarının genişləndirilməsi baxımından son dərəcə effektivdir. Film ekranlara çıxandan sonra Ceki Çanın bütün dünyada, xüsusilə cənub-şərqi Asiya ölkələrində olan on milyonlarla fanatı Azərbaycanı yeni turizm ünvanı kimi kəşf etməyə həvəslənəcək.

Filmin Azərbaycan hissəsinin çəkilişləri başa çatandan sonra Ceki Çanın prosesə dəstək vermiş dövlət qurumlarının və şirkətlərin nümayəndələri ilə görüşü keçirilib. Aktyor verilən dəstəyə görə bütün qurumlara şəxsən təşəkkürünü bildirib və xatirə hədiyyələri təqdim edib.


Bənzər Xəbərlər

18.08.2026 - 18:47Gülnar Əliyeva

AAYDA sədri onu özünə müşavir təyin etdi - Foto

18.08.2026 - 17:50Gülnar Əliyeva

Hörmüzü “ABŞ-nin yeni ərazisi” kimi təqdim etdi - İranın cavabı gecikmədi

18.08.2026 - 17:25Gülnar Əliyeva

Azərbaycanda bəzi təşkilatların hesablarına kiberhücum olub

18.08.2026 - 17:00Gülnar Əliyeva

Məşhur aktrisa VƏFAT ETDİ - FOTO

18.08.2026 - 16:45Gülnar Əliyeva

Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... - Kino İttifaqında nə baş verir?

18.08.2026 - 16:33Gülnar Əliyeva

Xankəndidə “Şah əsəri” restoranının qarşısında dava-dalaş - Həbs olunanlar var

18.08.2026 - 16:20Gülnar Əliyeva

Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı

18.08.2026 - 16:17Gülnar Əliyeva

Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır - FOTOLAR 

18.08.2026 - 16:06Gülnar Əliyeva

“İmişli”nin yeni transferində hepatit aşkarlandı - Klubdan göndərildi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 814

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 930

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 888

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 723
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.