Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
  • Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
  • Azərbaycanın axtarışa verdiyi rusiyalı məmur istefa verdi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Öldürdüyü ərlərinin sayını özü də xatırlamır: “Qara dul”a AĞIR CƏZA

Öldürdüyü ərlərinin sayını özü də xatırlamır: “Qara dul”a AĞIR CƏZA

Dünya Gülnar Əliyeva17.08.2026 - 22:45
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

İranda “Qara dul” ləqəbi ilə tanınan 56 yaşlı Kolsum Əkbəri yaşlı kişilərlə evlənərək onları öldürməkdə təqsirli bilinib.

Yeniera.az Sfera.az-a istinadən xəbər verir ki, təxminən 20 il davam edən cinayətlərin qurbanlarının dəqiq sayı məlum deyil. Əkbəri ən azı 10 nəfərin qətlinə görə 10 ayrı ölüm cəzasına məhkum edilib. Qurbanların ümumi sayının isə 12-dən çox ola biləcəyi bildirilir.

İstintaq məlumatlarına görə, qadın əsasən yaşlı və imkanlı kişilərlə evlənib. O, ərlərinə sənaye spirti, sakitləşdirici və müxtəlif dərmanlar verərək onları zəhərləyib, bəzi qurbanlarını isə boğaraq öldürüb. Cinayətlərin əsas səbəbinin maddi qazanc olduğu qeyd olunur. Əkbəri qurbanlarına məxsus qızıl, pul və digər qiymətli əşyaları ələ keçirib.

Cinayət silsiləsi qadının 82 yaşlı sonuncu əri Qulamrza Babayinin 2023-cü ildə şübhəli şəkildə ölməsindən sonra üzə çıxıb. Babayi ölümündən əvvəl ailəsinə həyat yoldaşının onu dərman qəbul etməyə məcbur etdiyini söyləyib. Bundan sonra başlanan araşdırma zamanı Əkbərinin əvvəlki həyat yoldaşlarının ölümləri də yenidən araşdırılıb.

Qadının müxtəlif şəhərlərdə yaşaması və qurbanlarının ayrı-ayrı bölgələrdə ölməsi cinayətlərin uzun müddət aşkar edilməməsinə səbəb olub.

Əkbərinin istintaqa verdiyi ifadədə öldürdüyü şəxslərin dəqiq sayını xatırlamadığını söylədiyi bildirilir. O, qurbanlarının sayının 13 və ya 15 ola biləcəyini etiraf edib.

Məhkəmədə qətlə yetirilən 10 kişinin ailəsi “qisas” prinsipi əsasında qadının edam olunmasını tələb edib. Ailələrdən biri isə ölüm hökmünün əvəzinə qan pulu almağa razılaşıb.

Bənzər Xəbərlər

18.08.2026 - 23:45Gülnar Əliyeva

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

18.08.2026 - 23:43Gülnar Əliyeva

Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq

18.08.2026 - 23:42Gülnar Əliyeva

Azərbaycanın axtarışa verdiyi rusiyalı məmur istefa verdi

18.08.2026 - 23:41Gülnar Əliyeva

Dubayda “Bizim Tarla”dan qurd çıxdı – "Azərsun"dan AÇIQLAMA - FOTO

18.08.2026 - 19:13Gülnar Əliyeva

Mədət Quliyevin oğlu vəzifədən azad edildi

18.08.2026 - 18:54Gülnar Əliyeva

Xəzər dənizi sahilində 1500 il əvvələ aid qızıl ayaqqabı tapıldı

18.08.2026 - 18:47Gülnar Əliyeva

AAYDA sədri onu özünə müşavir təyin etdi - Foto

18.08.2026 - 17:50Gülnar Əliyeva

Hörmüzü “ABŞ-nin yeni ərazisi” kimi təqdim etdi - İranın cavabı gecikmədi

18.08.2026 - 17:25Gülnar Əliyeva

Azərbaycanda bəzi təşkilatların hesablarına kiberhücum olub

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 815

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 932

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 889

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 726
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.