Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
  • Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
  • Azərbaycanın axtarışa verdiyi rusiyalı məmur istefa verdi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Trampdan səs-küylü bəyanatlar: Hörmüz, Oman, Cənubi Koreya və Kım Çen In haqqında danışdı

Trampdan səs-küylü bəyanatlar: Hörmüz, Oman, Cənubi Koreya və Kım Çen In haqqında danışdı

Dünya Gülnar Əliyeva18.08.2026 - 00:15
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp jurnalistlər üçün keçirilən brifinqdə xarici siyasət və beynəlxalq gərginliklərlə bağlı bir sıra qalmaqallı və diqqətçəkən açıqlamalar verib.

Kım Çen Inlə münasibətlər

Jurnalistin Şimali Koreya liderinin danışıqlar təklifinə cavab verməməsi barədə sualına Tramp “Siz haradan bilirsiniz?” deyə reaksiya verib və onun cavab verdiyini bildirib:

“Bəli, cavab verdi. Kım Çen In mənə həmişə böyük hörmətlə yanaşıb. Biz bir yerdə vaxt keçirmişik. Mən onu anlayıram, o da məni anlayır. O, heç kimi sevmirdi, lakin mən onunla çox yaxşı yola gedirəm”.

Oman və Hörmüz boğazı haqqında xəbərdarlıq

Oman administrasiyasının hərəkətlərinə toxunan Ağ Ev rəhbəri bu ölkənin ünvanına xəbərdarlıq səsləndirib: “Düşünmürəm ki, onlar özlərini çox yaxşı aparırlar, lakin biz onlarla məsələni həll edəcəyik”.

Tramp həmçinin Hörmüz boğazı üzərində nəzarətdən və neft bazarındakı vəziyyətdən danışıb: “Hörmüz boğazını ABŞ ərazisi elan etmək ideyası xoşuma gəlir. Biz boğaza tam nəzarət edirik. Həftədə milyonlarla barel həcmində nefti məhv edirik — bəlkə bu dayanacaq, bəlkə də vəziyyət daha da kəskinləşəcək. Boğaz açıqdır, neft qiymətləri aşağı düşür və hazırda atdığımız addımlardan daha kəskin tədbirlər görməsək, ucuzlaşmaqda davam edəcək”.

Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ İranla Anlaşma Memorandumunun uzadılmasına çalışmır.

Cənubi Koreyaya kəskin təpki

Tramp Cənubi Koreya prezidenti ilə telefon danışığını xatırladaraq Seulun mövqeyini kəskin tənqid edib:

“Mən Cənubi Koreya prezidentinə zəng edib dedim: «İranla bağlı bizə kömək edə bilərsiniz? İstəyirsinizsə edin, amma bizə kömək lazım deyil». O cavab verdi ki, «Xeyr, təşəkkür edirəm». Mən dedim: «Nə demək istəyirsiniz? Bizim orada sizi Kım Çen Indən qoruyan 39 000 hərbçimiz var, siz isə İran məsələsində bizə kömək etmək niyyətində deyilsiniz? Bu qəribədir». O zaman biz ümumiyyətlə niyə sizə kömək etməliyik? Cənubi Koreyanın müdafiəsi bizə milyardlarla dollara başa gəlir. Xüsusilə bizə kömək etməyə hazır olmadıqları bir vaxtda, bütün dünyanı dolaşıb bütün bu ölkələri daimi olaraq qoruya bilmərik”.

 

Bənzər Xəbərlər

18.08.2026 - 23:45Gülnar Əliyeva

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

18.08.2026 - 23:43Gülnar Əliyeva

Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq

18.08.2026 - 23:42Gülnar Əliyeva

Azərbaycanın axtarışa verdiyi rusiyalı məmur istefa verdi

18.08.2026 - 23:41Gülnar Əliyeva

Dubayda “Bizim Tarla”dan qurd çıxdı – "Azərsun"dan AÇIQLAMA - FOTO

18.08.2026 - 19:13Gülnar Əliyeva

Mədət Quliyevin oğlu vəzifədən azad edildi

18.08.2026 - 18:54Gülnar Əliyeva

Xəzər dənizi sahilində 1500 il əvvələ aid qızıl ayaqqabı tapıldı

18.08.2026 - 18:47Gülnar Əliyeva

AAYDA sədri onu özünə müşavir təyin etdi - Foto

18.08.2026 - 17:50Gülnar Əliyeva

Hörmüzü “ABŞ-nin yeni ərazisi” kimi təqdim etdi - İranın cavabı gecikmədi

18.08.2026 - 17:25Gülnar Əliyeva

Azərbaycanda bəzi təşkilatların hesablarına kiberhücum olub

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 815

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 932

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 889

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 726
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.