Bakı Konqres Mərkəzinə Baş icraçı direktor (CEO) təyin edilib.
Yeniera.az xəbər verir ki, bu vəzifə Fərid Məmmədova həvalə olunub.
Qeyd edək ki, Bakı Konqres Mərkəzinin açılışı 2015-ci ildə olub. Qafqazda ən böyük mərkəz olan Bakı Konqres Mərkəzi müxtəlif yerli və beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Məlumat üçün deyək ki, Bakı Konqres Mərkəzi” MMC 2018-ci ildə Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib. Plat.az

